Azərbaycan və Özbəkistanın ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
Tarix: 08.11.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetində “Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Çolpan-dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib.
Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın alimləri, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. Əvvəl Universitetin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.
Universitetin prorektoru, professor Dilşod Qaipov konfransı açaraq ölkələrimiz arasında ta qədimdən olan dostluq əlaqələrindən danışıb, bildirib ki, indiki dövrdə də bütün istiqamətlərdə o cümlədən ədəb, mədəni-humanitar sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetində iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, tarixən şair və yazıçılarımız arasında olan yaradıcılıq əlaqələri haqqında söhbət açıb.
Konfransın dahi dramaturqlarımız Hüseyn Cavid və Abdulhəmid Çolpan yaradıcılığına həsr edildiyini təsadüfi olmadığını, hər iki şəxsin Azərbaycan və özbək xalqlarının azadlığı, maariflənməsi üçün mücadilə etdiklərini və bu yolda öz canlarını fəda edərək, repressiya qurbanları olduğunu bildirib. Dövlətlərimizin bu azadlıq carçılarının əziz xatirəsini əbədiləşdirildiyini qeyd edən Samir Abbasov bu gün Hüseyn Cavid və Abdulhəmid Çolpan xatirəsinə ən böyük hədiyyənin müstəqil dövlətlərimiz və xalqımızın azadlığı qovuşması olduğunu söyləyib.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Özbəkistanın Xarəzm vilayətində iki ölkə arasında ədəbi əlaqələrə işıq salan konfransın əhəmiyyətini qeyd edərək, millətimizin azadlığı və hürriyəti üçün öz canlarından keçən xalqımızın böyük oğulları, dramaturqlarımız Cavid və Çolpan yaradıcılığından danışıb.
Cavid yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edən Sona Vəliyeva özbək xalqının, türk dünyasının yenilməz sərkərdəsi Əmir Teymur haqqında yaratdığı əsərlə Hüseyn Cavidin öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdırdığını qeyd edib. Dramaturqun yaradıcılığına ən böyük töhfənin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən alim 1982-ci ildə məhz, ümummilli liderin rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilərək dəfn edildiyini vurğulayıb.
Azərbaycanlı alim, akademik Kamran Əliyev, Ədəbiyyat qəzetini baş redaktoru Azər Turan, Özbək alim və tərcüməçi Babaxan Şərif ədəbi əlaqələrimiz, alim, şair və yazıçılarımızın dostluğu barədə məruzə ediblər.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Universitetdə Azərbaycan dili Mərkəzinin və fondunun yaradılmasına dair razılıq əldə ediblər. Tədbir çərçivəsində iki ölkə arasında ədəbi əlaqələr sahəsində təşəbbüskarlıq və xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevaya Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənədi ona təqdim edilib. Sonra Dilşod Qaipov Sona Vəliyevanın universitetin fəxri professoru seçildiyini elan edib və bununla bağlı sənədi ona təqdim edib. Tədbirdə Universitetin tələbələri Hüseyn Cavid və Çolpanın şeirlərini, Azərbaycanlı şairə Sona Vəliyevanın Özbək dilinə tərcümə edilmiş şeirlərini səsləndiriblər.
Qeyd edək ki, konfransdan sonra Universitetin foyesində təşkil olunan sərgidə nümayiş etdirilən kitablar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Urgənc Dövlət Universsitetinə hədiyyə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info