Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir
Tarix: 08.11.2019 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir.
Trend-in məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının iclasında deyib.
O bildirib ki, Dağlıq Qarabağ probleminin həlli yollarının tapılmasında kollektiv vasitəçi qismində ATƏT Minsk qrupunun həmsədrlərinin səyləri yüksək qiymətləndirilir:
“Vasitəçilərin fəal işi tərəflər arasında nizamlanmanın əsas aspektləri üzrə təmas nöqtəsinin tapılmasına yönəlmiş intensiv dialoqun dəstəklənməsinə kömək edir”.
A.Lukaşeviç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və sərhəddə nisbi sabitliyin saxlanmasını qeyd edib:
“Bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarmaqda maraqlı olmasının işarəsidir. Biz əminik ki, atəşkəs rejiminin dəstəklənməsi və möhkəmlənməsi ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə xidmət edəcək. Jurnalistlərin qarşılıqlı səfərləri və saxlanan şəxslərin dəyişdirilməsi üzrə tədbirlər nizamlama prosesi üçün vacib olan etimad mühitinə töhfə verə bilər”.
Daimi nümayəndənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə razılaşdırılmış, qoşunların təmas xəttində və sərhəddə ATƏT tərəfindən müşahidə imkanlarının genişləndirilməsi prinsiplərinə qayıtmaq faydalı ola bilər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Federika Moqerini: ‘‘Aİ müdafiә sahәsindә özünü inkişaf etdirmәlidir’’
13.11.2019
“Almaniya və Hollandiya DEAŞ mənsubu vətəndaşlarını təhvil alacaq“
13.11.2019
Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır
13.11.2019
Ceyms Şarp: “Azərbaycanlı paralimpiyaçılar ölkəsinin qürurudur“
12.11.2019
Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info