Çin 6G texnologiyası üzrə tədqiqatlara başlayıb
Tarix: 08.11.2019 | Saat: 21:54:00 | E-mail | Çapa göndər



Bu həftə 5G texnologiyasını istifadəyə verən Çin rəsmiləri bəyan ediblər ki, ölkədə daha mükəmməl 6G texnologiyası üzrə tədqiqatlara start verilib. AZƏRTAC CNBS telekanalının saytına istinadla xəbər verir ki, bu barədə Çinin Elm və Texnika Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 6G texnologiyasının işlənib hazırlanması məqsədilə ekspertlərdən və profil üzrə nazirliklərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bildirilib ki, noyabrın 1-dən etibarən bu ölkədə beşinci nəsil mobil texnologiyanın istifadəsinə başlanılıb və hazırda China Telecom, China Unicom və China Mobile mobil rabitə şirkətləri, habelə Çin Beynəlxalq Radiosu, Mərkəzi Televiziya və Mərkəzi Xalq Radiosunun daxil olduqları Çin Media Korporasiyası yeni şəbəkəyə qoşulublar.
Elm və Texnika Nazirliyi noyabrın 6-da Təhsil, Sənaye və İnformatika nazirlikləri, İslahatlar Komitəsi və Çin Elmlər Akademiyası ilə keçirdiyi birgə iclasda 6G texnologiyasının hazırlanması ilə bağlı məsələləri müzakirə edib. Yaradılan işçi qrupunun tərkibinə elmi-tədqiqat institutlarının 37 alimi, habelə dövlət qurumlarının nümayəndələri daxil edilib.
Dünyada ən böyük mobil operatorlardan biri olan China Mobile şirkətinin sənaye və tədqiqat institutları ilə iş şöbəsinin müdiri Yan Quan bildirib ki, çinli tədqiqatçılar artıq bu sahədə iş aparırlar. Lakin yeni texnologiyanın istiqamətləri və ehtimal olunan tətbiqi barədə məlumat verilmir.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
BDU Elmi Şurasının onlayn iclası keçirilib
14.07.2020
Azərbaycan dili imtahanlarının nəticələri elan edildi
14.07.2020
BDU-da akademik Abdulla Qarayevin yubileyinə dair onlayn dəyirmi masa keçirilib
14.07.2020
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
14.07.2020
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info