ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
Tarix: 09.11.2019 | Saat: 10:43:00 | E-mail | Çapa göndər



ABŞ-ın Oklahoma ştatının paytaxtı Oklahoma-citi şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü təntənəli şəkildə təşkil edilib. Birinci Azərbaycan-Oklahoma Kənd Təsərrüfatı Forumu çərçivəsində keçirilən tədbirdə ölkəmizin Kənd təsərrüfatı naziri İnam Kərimov, ABŞ-dakı səfirimiz Elin Süleymanov, Oklahomadan seçilmiş Konqres üzvləri, Oklahoma ştatının qubernatoru Kevin Stitt, Oklahoma Milli Qvardiyasının komandanı general və digər qonaqlar iştirak edib.


Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət bayraqları Oklahoma Milli Qvardiyasının fəxri qarovulu tərəfindən təntənəli şəkildə zala gətirildi.

Sonra Oklahoma ştatının qubernatoru Kevin Stitt 9 noyabr tarixinin Oklahomada Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd edilməsini təsbit edən xüsusi Bəyannaməni Azərbaycanın Kənd Təsərrüfatı naziri Inam Kərimova və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edib.

Çıxışı zamanı Qubernator K.Stitt Oklahoma ştatı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrindən danışıb, ölkəmizin Dövlət Bayrağı Gününün ştatda qeyd edilməsindən qürur duyduqlarını və ölkəmizlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindən danışıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə ölkəmizin üç rəngli bayrağı altında bütün etnik və dini qrupların bərabər hüquqları təmin edilib. E.Süleymanov xatırladıb ki, xalqımızın yaşadığı çətin zamanda ilk dəfə dövlət bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Bu addımla sovet dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edərək ölkəmizin müstəqilliyinin qaçılmazlığını və bayrağımızın yenidən ucaldığını təsbit edib. Dövlət Bayrağı Gününün 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edildiyini söyləyən E.Süleymanov dövlət bayrağımızın hər bir azərbaycanlının rəmzi və Azərbaycanın müxtəlif dini və etnik icmalarının birgə yaşayışının təcəssümü olduğunu bildirib.

Dövlət bayrağımızla bağlı qubernatorun təqdim etdiyi bəyannamədə 9 noyabrın Oklahomada Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsbit edilməsilə yanaşı, 2019-cu ildə Azərbaycanın öz müstəqilliyinin 101-ci, diplomatik xidmətinin 100-cü, NATO ilə tərəfdaşlığın 25-ci və Oklahoma Milli Qvardiyası ilə tərəfdaşlığının 16-cı ildönümlərinin qeyd edildiyi bildirilir, Azərbaycanın Dövlət Bayrağının 1918-ci il noyabrın 9-da qəbul edildiyi, sovet dönəmində ilk dəfə 1990-cı il noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında yenidən qaldırıldığı, Azərbaycan Respublikasında isə bu bayrağın rəsmi dövlət bayrağı kimi 1991-ci il fevralın 5-də qəbul edildiyi xatırlanır.
Xatırladaq ki, 2002-ci ildən Azərbaycan Müdafiə Nazirliyi Oklahoma Milli Qvardiyası ilə Dövlət / Ştat Tərəfdaşlığı Proqramı çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. Oklahoma ştatı ilə əməkdaşlıq hərbi ilə yanaşı təhsil və digər sahələrə də genişlənməkdədir.
Bu günlərdə Oklahoma ştatında Birinci Azərbaycan-Oklahoma Kənd Təsərrüfatı Forumu keçirilib. ABŞ-Azərbaycan Ticarət Palatası, ABŞ Beynəlxalq Yardım Agentliyi və Oklahoma ştatının təşkilatçısı olduğu tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Azərbaycan və Türkiyə hər zaman bir-birini dəstəkləyib və dəstəkləyəcək
21.11.2019
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21.11.2019
“1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı”
21.11.2019
Əli Həsənov: “Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info