Xaçmazda beynəlxalq təlimlər keçirilir
Tarix: 09.09.2013 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə Avropa Komissiyasının dəstəyi ilə keçirdiyi “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsi bu layihə çərçivəsində layihənin pilot rayonu kimi
seçilmiş Xaçmaz rayonunda hüquq-mühafizə və səhiyyə müəssisələrinin işçi heyəti üçün bacarıqların artırılması üzrə beynəlxalq təlimlər təşkil edilib. Təlimin əsas məqsədi qeyd olunan layihə çərçivəsində Xaçmaz rayonunda yerləşən hüquq mühafizə və səhiyyə qurumlarının işçi heyətinin məişət zorakılığı qurbanlarına daha səmərəli yardımın göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasından ibarətdir. Qeyd etmək lazımdır ki, daha öncə eyni tədbir Xaçmaz rayonunda yerləşən Məişət zorakılığının qurbanları üçün olan Dəstək Mərkəzinin heyəti üçün keçirilib. Təlim beynəlxalq mütəxəssislər qrupu tərəfindən keçirilir. Belə ki, Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İçtimai Səhiyyə şöbəsinin müdiri, eyni zamanda, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Prof.Dr.Ayşe Akın və gender məsələləri üzrə mütəxəssis Ezgi Türkçelik tədbirdə təlimçilər qismində iştirak edir. Təlimdə əsasən gender bərabərliyi və məişət zorakılığı, eyni zamanda məişət zorakılığı üzrə müvafiq beynəlxalq və yerli qanunvericilik və müdafiə mexanizmləri üzrə iştirakçılara əsaslı biliklər verilərək, məişət zorakılığı qurbanları ilə işin təşkil olunması üzrə konkret bilik və bacarıqlar veriləcək. Təlimdə məişət zorakılığının Azərbaycan qanunvericiliyi çərçivəsində tənzimlənməsinə xüsusi diqqət veriləcək. Tədbir sentyabrın 13-dək davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info