“Milli şura”dakılar bədbəxt və istənilən maliyyə verənə kölədirlər”
Tarix: 09.09.2013 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Əhməd Oruc: “Pis işi Cəmil Həsənlinin boynuna qoyublar”

Azadlıq Partiyasının sədri Əhməd Oruc son vaxtlar ona qarşı hücuma keçən müsavatçıların cavabını verib. Sosial şəbəkələrdə bununla bağlı xüsusi paylaşım edən partiya sədri bir sıra maraqlı məqamlara da toxunub. O, müxalifət daxilində gedən siyasi proseslərin cızığından çıxmasını da dilə gətirib. Əhməd Oruc deyib: “İmza toplanışı prosesində iştirak edən bütün əqidədaşlarıma, dostlarıma, yaxınlarıma təşəkkürümü bildirirəm. Biz çox çətinliklə bu prosesi başa vurduq. Bu ağır proses indiyə qədər ətrafımda nə qədər yalançı, ikiüzlü olduğunu, vaxtilə öyündüyümüz bir sıra dəyərlərin artıq bu millətə aid olmadığı kimi acı bir həqiqəti ortaya qoydu... Başım imzatoplama prosesinə qarışıq olduğundan bir sıra məsələlərə münasibət bildirməmişəm.
“Məşvərət Məclisi”ni heç bir normaya sığmayan şəkildə tərk eləmiş və Rusiyanın "milli şura" proyektinə qoşulan Klassik Xalq Cəbhəsi Partiyası(KXCP), Açıq Cəmiyyət Partiyası(ACP), Azərbaycan Liberal Partiyası(ALP), Azərbaycan Milli İstiqlal Partiyası(AMİP) yazıq bir duruma düşüblər. Hesab edirəm ki, onların bu duruma düşməsi mənə qarşı elədikləri xəyanətin nəticəsidir və onlar bundan sonra daha çətin vəziyyətə düşəcəklər və buna layiqdirlər”.
Daha sonra “milli şura”nı tənqid edən partiya sədri orada təmsil olunanları bədbəxt adlandırıb: “Milli şura” ideyası indiyə qədər özlərini milli qüvvə kimi təqdim edənlərin nə qədər bədbəxt, istənilən maliyyə verənə kölə ola biləcək duruma düşdüyünü ortaya qoydu. Rüstəm İbrahimbəyov ölkəyə gəlməyə qorxduğundan, milyarderlər qara qəpik də vermədikdən və vəziyyətdən çıxmaq üçün "pis işi" Cəmil Həsənlinin boynuna qoyduqdan sonra bəziləri "biz Rusiyanın proyektini milli proyektə çevirdik" kimi bəyanatlar verir. Buna el arasında "Pişiyin əli ətə çatmadıqda adını iylənmiş qoyar" deyirlər. Amma həqiqət odur ki, o pişiklər əllərinə düşsə iylənmiş ət də yeyirlər, hələ başqa şey də...”
Azadlıq Partiyasının sədri deyir ki, son zamanlar onun üstünə gələnlərin sayının artması da maraq doğurur. O, bu işdə Müsavatın xüsusi fəallıq göstərməsini də anlaşılan saymadı: “Bundan başqa bəzi mətbuat nümayəndələri mənim fikirlərimi kontekstdən çıxararaq məni Musavat Partiyası ilə Liberal Partiyası arasındakı ucuz söyüşmə şousunda liberalların tərəfdarı kimi təqdim ediblər. Hamı bilir ki, mənim Liberal Partiyası ilə heç bir münasibətim yoxdur və xanımlar haqqında danışmıram. Amma sədri olduğum Azadlıq Partiyası uzun müddət Musavat Partiyası ilə müttəfiq olub, 2003-cü ildə İsa Qəmbəri dəstəkləyib. Həmin il İsa Qəmbərə görə yalnız Şabranda 23 üzvümüz həbs olunmuşdu. Bu gün müsavatçılar hər yerdə əleyhimə təbliğat aparır, İsa Qəmbər 5-10 manat pul vəd edən istənilən buqələmunu dəstəkləyir, onu müxalifətin "vahid namizədi" kimi təqdim edir, bizim partiyaya azsaylı deyə rişxənd edirlər... Bu adamların lüğətində vəfa, sədaqət, mənəvi borc kimi sözlər artıq yoxdur.
Mən adamları heç vaxt aldatmamışam. Öz övladımı xaricdə oxudub, xalqın övladlarının aldadılaraq institutdan qovulması, həyatlarının məhv edilməsi, ailələrinin dağılması ilə nəticələnən işlərə təhrik edənlərdən olmamışam.
Bu gün o partiyada haqqı, haqlını müdafiə edəcək bir nəfər belə yoxdur. Onlar liderlərinin manqurtlaşdırdığı kölgələrdən və kölələrdən başqa bir şey deyillər...
Dostlarımdan biri həmişə məni taktika işlətməməkdə, hamıya birdən hücum etməkdə günahlandırır və onların hamısının mənə qarşı birləşməsindən narahatlığını bildirir. Mənimsə heç bir narahatlığım yox. Yüz neyləyər bir ac aslana?!”
Əslində Əhməd Orucun “milli şura”ya, xüsusilə də ona rişxənd edən müsavatçılara od püskürməsini başa düşmək olar. Heç kimə sirr deyil ki, lazımsız gülünc intriqalar, dava-qovğalarla gündəmdə qalmağa çalışan müxalifət partiyaları hazırda bu istiqamətdə ən son varianta əl atırlar. Onlar bir zamanlar bəyənmədikləri kiçik partiya deyib üstdən aşağı baxdıqları partiya liderlərini söz davasına çəkərək gündəmdə qalmağa çalışırlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info