Xəbər agentlikləri təşkilatına sədrlik “Yonhap“a keçdi
Tarix: 09.11.2019 | Saat: 21:22:00 | E-mail | Çapa göndər



Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik “Azertac”dan Koreya Respublikasının “Yonhap” xəbər agentliyinə keçib. Bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan baş assambleyasında qəbul edilib.
Assambleyada “Yonhap” agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Azertac OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI baş assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub.
XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. Azertac yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub.
OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, Azərbaycanın “Azertac”, Rusiyanın “TASS”, Çinin “Sinxua” və Türkiyənin “Anadolu” agentlikləri vitse-prezident, Avstraliyanın “AAP”, Malayziyanın “Bernama”, Bəhreynin “BNA”, İranın “İRNA”, Yaponiyanın “Kyodo”, Vyetnamın “VNA”, Livanın “NNA”, Monqolustanın “Montsame” agentlikləri isə üzvdür.
Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstinin “WAFA” agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.
Baş assambleya başa çatdıqdan sonra “Yonhap”ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 46-cı iclası keçirilib. İclasda yeni katibliyin görəcəyi işlər, OANA-nın fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub. Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.
47-ci İcraiyyə Komitəsinin iclası 2020-ci ilin yazında “Montsame” agentliyinin təşkilatçılığı ilə Monqolustanda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
27.11.2020
Fransa qondarma “Dağlıq Qarabağ respublikasını“ tanımır - XİN
26.11.2020
Azərbaycanla Ermənistanın Kəlbəcərdəki sərhədinə müvəqqəti qapılar qoyulub
26.11.2020
“Euronews“ erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb
26.11.2020
Azərbaycan Fransaya nota verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info