Azərbaycan universitetlərindəki bu ixtisaslar gələcəkdə lazım olmayacaq
Tarix: 09.11.2019 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı… Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Rusiyalı tədqiqatçılar bu qənaətə gəliblər.
Maraqlıdır bəs, yaxın gələcəkdə sıradan çıxacaq, ehtiyac duyulmayan ixtisaslar hansılardır ?
Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bu gün Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Neft və Sənaye Universitetinin hazırladığı bir çox ixtisaslı kadrlara əmək bazarında ehtiyac olmadığını bildirib.
““Mexanika, Materialşünaslıq mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Meterologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Metallurgiya mühəndisliyi” , “Biotibbi texnologiya mühəndisliyi” kimi və bir-birinə iqtisadiyyat istiqamətində yaxın olan ixtisaslar öz əhəmiyyətin itirib yoxa çıxacaqlar. Düşünürəm ki, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməli dir. Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasları yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar. Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər. Bu ixtisaslar yenilənməli, müasir tələblərlə cavab verən ixtisaslar yaradılmalıdır”.
Kamran Əsədovun sözlərinə görə, bəzi ixtisaslar var ki, orada doğrudan da kollec məzunlarına ehtiyac yoxdur.
“Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır. Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Dünyada belə bir tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır. Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm də Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilmirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Ən çox “içən“ ölkələr - Rusiya ilk onluqda
13.11.2019
Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi
11.11.2019
Bu ərazidən hər gün insan meyiti tapılır
11.11.2019
Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb
10.11.2019
İtaliyada pulsuz evlər paylanılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info