İqtisadçı: “Erməni işsizlər ölkəni tərk etməkdə davam edirlər“
Tarix: 09.11.2019 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Bu günlərdə Ermənistanın Mərkəzi Bankı “məxməri inqilab”dan sonra ölkədə miqrasiyanın sıfıra çatdığını və hətta bu istiqamətdə müsbət meyllərin də qeydə alındığı barədə məlumat yaymışdı. Maraqlıdır ki, bankın məlumatına irad bildirən erməni iqtisadçı Tadevos Avetisyan şəxsi hesablamalarınin, nədənsə, Mərkəzi Bankın məlumatları ilə üst-üstə düşmədiyini bildirmişdi.
Bu barədə “Sputnik Ermənistan” saytı məlumat yayıb. Sayt erməni iqtisadçısına istinad edərək, Ermənistandan işçi axınının hələ də dayanmadığını, əksinə son bir neçə ay ərzində işsizlərin 20 faizdən çoxunun xaricə iş axtarmaq ümıdı ılə ölkəni tərk etdiyini bildirib.
Xatırladaq ki, noyabrın 5-də keçirdiyi mətbuat konfransında Ermənistan Mərkəzi Bankı, ölkədəki mühacirətin praktiki olaraq dayandığını, 2018-ci ildən bu yana gösəricinin,nəhayət ki, sıfıra yaxınlaşdığını və hətta müsbət meyllərə doğru istiqamət aldığını bildirmişdi.
“Təkcə son üç ay ərzində ölkənin əmək ehtiyatlarında 46.500 işsiz də daxil olmaqla təxminən 51.500 nəfər azaldığını qeydə almışıq. Bu tendensiya, əsasən, ölkədəki mühacirətin nəticəsidir”. Xatırladaq ki, fikirlər iqtisadçı Tadevos Avetisyana məxsusdur. O, bu fikirləri ilə Ermənistan Mərkəzi Bankının yaydığı məlumatın yalandan başqa bir şey olmadığını sayt oxucularının diqqətinə çatdırır. İqtisadçının sözlərinə görə, bu gün də Ermənistandakı işsiz vətəndaşlar ölkəni tərk etməkdə israrlıdırlar. Hazırda Ermənistanda qeydiyyata alınan 250 mindən artıq işsizin 20 faizinin ölkəni tərk etməsini Avetisyan “həyəcanverici” hal kimi dəyərləndirir.
Avetisyan Ermənistanın Baş naziri Nikol Paşinyanın “ölkədə işsizlik nisbətinin işlə təmin olunma və ya yeni iş yerlərinin yaradılması nəticəsində əldə edildiyi” barədə dediyi yalanlarına rəğmən, bunun, sadəcə olaraq, ölkədəki işsizlərin Ermənistan tərk etdikləri üzündən baş verdiyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib
07.07.2020
Paşinyan büdcə dəliklərini qanun pozucularının köməyi ilə yamamaq istəyir
07.07.2020
Rusiyada son gündə 198 nəfər koronavirusdan öldü
07.07.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü keçdi
06.07.2020
Ermənistan fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info