“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.
Tarix: 10.11.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər



“Artlq dünya mətbuatı hökumətimizin iqtisadi siyasəti və islahatları ilə bağlı yüksək fikirlər səsləndirməyə başlayıblar. Bu gün Ermənisttanla bağlı yeni bir siyasi imiclə yanaşı, ölkəmizin yeni iqtisadi siması da formalaşır. Ölkəmiz beynəlxalq investorlar üçün cəlbedici ölkəyə çevrilməkdədir”.

Bunlar erməni baş nazir Nikol Paşinyanın şəxsi “Facebook” səhifəsində səsləndirdiyi növbəti sərsəmləmələrindən biridir. Maraqlıdır ki, Nikolun bu sərsəmləmələrinə artıq adətkarda olan yerli xalqla yanaşı, yeni hakimiyyətə yaxın olan erməni mediası da şərh vermək məcburiyyətində qalıb. Məsələn Ermənistanı yaxınlarda “cənnətə” döndərəcəyi barədə yalan vədlər verən Paşinyana “ArmenianReport” saytı hələ ki, Yer üzündə heç bir cənnətin olmadığını xatırladır. Sayt baş nazirin şəxsi mülahizələrinə rəğmən ona bəzi sual və “iradlarını” da ünvanlayır: “...Hazırda, dünya iqtisadçılarının gələn il 2008-ci ildəki ilə müqayisə oluna biləcək qlobal maliyyə böhranının olacağı barədə dediklərinə Ermənistan “iqtisadiyyatı” hazırdırmı? Bu gün ABŞ istiqrazlarının gəlirliyi kimi ən etibarlı göstəricilər də yaxınlaşan böhrandan danışır. Məhz buna görə də Nikola bəzi nüansları xatırlatmaq lazım gəlir. Məsələn o, böhran mərhələsinə girən bir ölkə üçün güclü və sabit iqtisadiyyata malik olmağın vacibliyini anlayırmı? Paşinyandan soruşmaq gərək, Ermənistanın buna bənzər bir iqtisadiyyatı varmı? Vaxtilə hər kəsin hər şeydə, o cümlədən iqtisadiyyatda böyük irəliləyişlər gözlədiyi Ermənistan bu gün yeni baş nazirin rəhbərliyi altında hansı bir tərəqqiyə nail ola bilib? Reallıq budur ki, söz verilmiş “iqtisadi inqilab” kimi, heç bir irəliləyiş də yoxdur. Aldadıldıqlarına əmin olan insanlar isə Paşinyanın vəd və proqnozlarına zidd olaraq Ermənistanı tərk etməkdə davam edirlər. Yeri gəlmişkən, hazırda erməni iqtisadiyyatda real sıçrayış üçün kifayət qədər xarici sərmayə də yoxdur. Ancaq Rusiya ilə problemlərin artması var ki, bu da mövcud Ermənistanın “iqtisadi inkişaf”ına mənfi təsir göstərir. Amma maraqlıdır ki, bütün bunlar “millətin baş nazirini” heç də narahat etmir. Bu gün artıq Paşinyan özünü bütün Ermənistanda xarici təsirlərin böyük fanatı, populistin biri kimi tanıtmaqdadır. Odur ki, onun xarici mətbuata verdiyi pafoslu açıqlamalar Ermənistanda heç kəsi təəccübləndirmir. İqtisadçı olmayan, bu sahə ilə bağlı dünyagörüşdən məhrum Nikola izah etməlidirlər ki, Ermənistana kredit verən xarici medialar deyil. Ona görə də onlar ölkəmizdə iqtisadi islahatların aparılmasına kömək edə bilməzlər. Bunun üçün Ermənistanda dəyişiklik üçün böyük ümidlər verən baş nazir Nikol Paşinyandan hesabat sorulmalıdır”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info