“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
Tarix: 11.11.2019 | Saat: 10:06:00 | E-mail | Çapa göndər



Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu 173 nömrəli tam orta məktəblə birgə Dövlət Bayraq Günü münasibətilə “Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin və ümummilli lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” sözlərinin səsləndirilməsindən sonra başlayıb.
Məktəbin direktoru Sitarə Abbasova dövlət bayrağımızın suverenliyimizin rəmzi olduğunu bildirib, şagirdlərə müqəddəs vətəni, bayrağımızı sevib qorumağı tövsiyə edib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müstəqil Azərbaycanın bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, islamçılıq və müasirlik formulu”, bayrağın simvolları, dövlətin vacib atributu olması mövzusunda məlumat verib.
Məktəbin tarix müəllimi Çinarə Cəbrayılova “Azərbaycan bayrağı” adlı geniş məruzə ilə çıxış edib.
Şagirdlər “Qarabağ şikəstəsi”, ”Çırpınırdı Qara dəniz”, “Bu dünyanın bir adı var”, “Azərbaycan bayrağı” mahnılarını ifa ediblər, “Azərbaycan”, “Milli bayraq”, “Yaşa səni, yaşa üçrəngli bayraq”, “Bayrağımız” şeirlərini söyləyiblər.
Tədbir boyu “Yüksələn Azərbaycan bayrağı” adlı videoçarx nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info