Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
Tarix: 11.11.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər



117 saylı Oğuz-Qəbələ seçki dairəsində bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun davam etdirilir.

Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 24 bələdiyyəyə ümumilikdə 222 nəfər bələdiyyə üzvü seçiləcək. Bu bələdiyyələrin 15-i Oğuz, 9-u isə Qəbələ rayonunun ərazisində fəaliyyət göstərir. Oğuz rayonu üzrə 137, Qəbələ rayonunun bu dairəyə aid ərazisində isə 85 nəfər bələdiyyə üzvü seçiləcək.
Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi davam edir. Bu günədək Oğuz rayonu üzrə 474, Qəbələ rayonu üzrə 302 nəfər olmaqla, ümumilikdə 776 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 219 nəfəri Yeni Azərbaycan Partiyasını, 7 nəfər Azərbaycan Demokratik Maarifçilik, 6 nəfər Böyük Quruluş, 5 nəfər isə Ana Vətən partiyalarını təmsil edirlər. 539 nəfərin namizədliyi öz təşəbbüsləri ilə irəli sürülb.
Dairə seçki komissiyası sədrinin sözlərinə görə, bu günədək 381 nəfərin namizədliyi qeydə alınıb.
Dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 37-si Oğuzda, 24-ü isə Qəbələ rayonu ərazisində yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 47 min 107 nəfərdir. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətdədir.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
08.12.2019
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdədir
08.12.2019
Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
08.12.2019
Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info