Qarabağda yeni dəfinə aşkar olunub
Tarix: 09.09.2013 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


2009-cu ildən başlayaraq Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyası tərəfindən Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparılır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev bildirib ki, neolit dövrünə aid məşhur Kamiltəpə yaşayış məskənində geniş qazıntı işləri ilə yanaşı, bölgənin arxeoloji xəritəsini tərtib etmək məqsədilə Füzuli, Beyləqan, Xocavənd və Ağcabədi rayonlarının ərazisində, xüsusilə Şpartı, Qarasu və Qarqarçay hövzələrində, Xonaşen dərəsi ətrafında kəşfiyyat-axtarış işləri də davam etdirilir. Artıq bölgədə son neolit dövründən (eramızdan əvvəl VII minilliyin sonlarından) son orta əsrlərə qədərki böyük bir tarixi mərhələni əhatə edən 120-yə yaxın abidə qeydə alınıb. Bu abidələr Azərbaycanın qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Andrea Riccinin başçılıq etdiyi kəşfiyyat qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı (Şivarxı) çayı hövzəsində - Ağcabədi, Xocavənd və Füzuli rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat apararkən mis sikkələrdən ibarət dəfinə aşkar edilib. Dəfinə ümumi çəkisi 2,7 kiloqram olan 586 ədəd sikkədən ibarətdir.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi məlumata görə, bu metal pullar Azərbaycan Atabəylər (Eldənizlər) dövlətinin hökmdarları Əbu Bəkr və Özbəyin adından XII əsrin sonları – XIII əsrin əvvəllərində zərb edilib. Həmin ərazidən 13 kiloqrama yaxın vulkanik şüşə olan iri obsidian parçasının – dəvəgözü daşı və XI yüzilliyin 70-ci illərində rum səlcuqlarının hökmdarları adından kəsilmiş metal pullar da tapılıb. Onların arasında üzərində atlı təsviri olan sikkələr diqqəti daha çox cəlb edir. Yaxın gələcəkdə bu pulların təmizlənərək kompleks halda tədqiq olunması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info