ABŞ-ın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu
Tarix: 12.11.2019 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq şagirdlər Azərbaycan Dövlət Himnini səsləndiriblər. Daha sonra Tədbirdə Azərbaycan Dövlət Bayrağı ilə bağlı məktəb müəllimləri tərəfindən məlumat verilib və uşaqlar bayraq haqqında öz biliklərini bir-birilə paylaşıblar.
Bundan əlavə şagirdlər Azərbaycan bayrağı ilə bağlı video çarxlar izləyib və Azərbaycan rəqsləri nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır.
2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, "Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış etmişdirlər.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır
14.12.2019
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14.12.2019
AXCP və “Milli Şura“ yenidən “Real“a qarşı hücuma keçib
13.12.2019
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi?
13.12.2019
Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info