Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb
Tarix: 12.11.2019 | Saat: 02:13:00 | E-mail | Çapa göndər


Noyabrın 9-da İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub və mədəniyyətimizin təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. 400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbirdə ölkəmizi Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdlərindən ibarət rəqs qrupu təmsil edib.
Səhnəyə ölkəmizin bayraqları ilə çıxan şagirdlər həmvətənlərimizin Dövlət Bayrağı gününü təbrik edib və qonaqlara uşaqların ifasında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə açılış sözü ilə çıxış edən “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva Dövlət Bayrağı günü, ölkəmizin mədəniyyəti və multikulturalizm dəyərlərimiz haqqında danışıb, göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini ifadə edib. Sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov qonaqlara Qarabağ məktəbi haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn Qarabağ məktəbi artıq ikinci ildir fəaliyyət göstərir. Yarandığı dövrdən diqqət mərkəzində olan məktəbin şagirdləri tez-tez bu ölkədə keçirilən müxtəlif tədbirlərə dəvət alır və iştirak etdikləri yerlərdə ölkəmizi layiqincə təmsil edirlər.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır
14.12.2019
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14.12.2019
AXCP və “Milli Şura“ yenidən “Real“a qarşı hücuma keçib
13.12.2019
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi?
13.12.2019
Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info