Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib
Tarix: 12.11.2019 | Saat: 12:23:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının 45 illiyi münasibətilə xatirə günü keçirilib. Xatirə günü qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında büstünün ziyarəti ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ŞİH-nın rəsmiləri, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, birliyin Nərmanov rayonu üzrə sədri Ədhəm Məmmədov, Xəzər-Pirallahı rayonu üzrə sədri Elçin Əzimov, Əsgər Əliyevin döyüşçü yoldaşları, N saylı hərbi hissənin əsgərləri və ictimaiyyət nümayəndələri büstün önünə tər çiçəklər düzərək qəhrəmanın xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir “Dəniz” otelin ziyafət zalında süfrə stolu ətrafında davam edib. “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev tədbiri açıb qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışmış və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında göstərdiyi şücaətindən və qəhrəmancasına həlak olmasından bəhs edib.
Sonra qəhrəmanın döyüş yoldaşları general-mayor Fəxrəddin Cəbrayılov, polkovnik Cabbar Hüseynov, polkovnik Bəhram Əhmədov çıxış edib Əsgər Əliyevlə bağlı xatirələrini söyləyiblər. Milli Qəhrəman bacısı Fəranə Alıyeva, Milli Qəhrəman qardaşı Ədalət Məhərrəmov, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Əbulfət Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəhrəmanın qohumu, rayon Əmək Müfəttişliyinin rəisi, şair Etibar Vəliyev çıxış edib respublikanın ərazi bütövlüyü uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından razılıq ifadə ediblər. Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa ediblər.
Sonda Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxış edib övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, Əsgər Əliyevin xatirəsinin daim əziz tutulduğu üçün ölkə Prezidentinə və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıq duyğularını ifadə edib. Onu da əlavə edək ki, tədbir zamanı Lənkəran rayonu Şirəli Axundov küçəsində iştirakçıların, eləcə də piyadaların rahat gediş-gəlişi RPŞ YPX-i inspektoru, polis serjantı Sadıqov Pərviz tərəfindən təmin edilib.
Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində doğulub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı
05.12.2019
Meliorasiya və Su Təsərrüfatının kollektivi 1500-dən çox ağac əkib
05.12.2019
Masallıda şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb
05.12.2019
Paytaxtın əsas yollarında sürət həddi endirildi
04.12.2019
Ordubadda Allahşükür məscidi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info