İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
Tarix: 12.11.2019 | Saat: 13:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsi izmirli iş adamlarının Bakıya işgüzar səfərini təşkil edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəsi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri Dr. Asif Kurban səfərin məqsədləri haqqında danışıb. “İzmirli iş adamlarının Azərbaycana əsas səfəri biznes dünyası, sərmayə yatırımının şəraitini daha yaxından tanıdılması və əməkdaşlıqların qurulması haqqında bilgiləndirmək idi. Hələ 1985-ci ildən Bakı-İzmir qardaşlaşmış şəhərlərdir. Səfərin məqsədlərindən biri də bu qardaşlığın və əlaqələrin daha da artmasına nail olmaq və ümumi olaraq “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlıq, ticarət və iqtisadi də olmaqla, uzun müddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdir”.
Asif Kurban, xüsusilə, bu təşəbbüsə ilk gündən müsbət yanaşan Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsinin sədri Bilal Saygılıya, səfərdə iştirak edən iş adamlarına, heyəti Bakıda yüksək səviyyədə qəbul edən Azərbaycan Respublikası Vergilər Nazirliyinə, ombudsman və nazir müşaviri Elçin Məmmədova və nazirliyin əməkdaşlarına, Kənd Təsərrüfatı Nazirliyinə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və komitənin əməkdaşlarına, Dövlət Turizm Agentliyi rəhbərliyinə, Türkiyə Səfiri Erkan Özorala, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə, MÜSİAD-ın Azərbaycan rəhbərliyinə və Qafqaz Turizm Şirkətinə çox təşəkkür edib. Səfərdə iştirak edən sahibkarlar rəsmi görüşlərlə birgə ikili əməkdaşlıq görüşlər də həyata keçirdilər. Qonaqlar eyni zamanda Bakının görməli və tarixi yerləri ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
02.12.2020
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
02.12.2020
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
02.12.2020
Türk iş adamları Qarabağa sərmayə yatıracaq – VİDEOşərh
02.12.2020
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info