“Bakcell“dən tamamilə yeni İnternet paketləri
Tarix: 12.11.2019 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib. Yeni paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə ki, mobil internet nömrədə abunəçi yalnız internet paketi aldıqda aktiv olacaq. İnternet trafiki bitdikdən sonra abunəçiyə hər meqabayta görə daha yüksək qiymət ödəmək əvəzinə, xüsusi səhifə və ya SMS vasitəsilə münasib qiymətə yeni paket almaq və ya cari paketi yeniləmək təklif olunacaq.
Bu yeni məhsullar Azərbaycanda mobil internet istifadəsi üzrə maksimum şəffaflığı təmin edən böyük bir yenilikdir. Bundan sonra internet paketi almayan abunəçilər smartfon tətbiqetmələrinin arxa fonda baş verən yenilənmələri və ya təsadüfi internet bağlantısı nəticəsində yarana biləcək əlavə xərclərdən azad olacaqlar. Çünki mobil internet yalnız müvafiq internet paketini əldə etdikdən sonra aktivləşəcək.
Bu internet paketlərinin gətirdiyi təkmilləşdirilmiş müştəri təcrübəsi isə “Mənim Bakcellim” tətbiqetməsi sayəsində daha əlverişli olacaq. Belə ki, “Mənim Bakcellim” vasitəsilə abunəçi internetdən istifadəyə tam nəzarət edəcək, lazım olan paketləri əldə edə, yeniləyə və ya dəyişə biləcək, xərclənən məbləğ və aktiv paketin qalan hissəsi barədə şəffaf məlumat alacaq.
Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daha da artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.
Yeni aylıq internet paketləri abunəçinin istəyindən asılı olaraq 50 MB, 500 MB, 1 GB, 2 GB, 5 GB və ya 10 GB həcmində təklif olunur. Daha ətraflı məlumatı https://www.bakcell.com/az/internet-for-smartphones səhifəsindən və ya “Mənim Bakcellim” mobil tətbiqetməsinin “İnternet paketləri” bölməsindən əldə etmək olar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Ailə həkiminin göndərişi olmadan müayinə olunan şəxslərin icbari tibbi sığorta haqları müəyyənləşib
11.12.2019
Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir
11.12.2019
“Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkədir”
11.12.2019
Dövlət Miqrasiya Xidmətinin rəisi “AmCham Azərbaycan”ın üzvləri ilə görüşüb
11.12.2019
“İncəsənət sosial inkişafda vasitə kimi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info