Azərbaycan-Rusiya sağlıq turizmi əlaqələri genişləndirilir
Tarix: 12.11.2019 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş SWIC - Spa and Wellness International Congress adlı tədbir keçirilib. Rusiya Sağlamlıq və Wellness Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin SPA və Wellness industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir.
Rusiya Sağlamlıq və Wellness Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb.
AHTTSA-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı, mövcud imkanlardan səmərəli istifadə yolları, bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb.
Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb
08.12.2019
Bu ilin on ayında Şəkinin otel və mehmanxanalarında dincələn turistlərin sayı 25,4 faiz artıb
07.12.2019
Turizm reyestrinin qurulması üçün tender elan edilib
06.12.2019
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
04.12.2019
Ölkəyə gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info