İran Əfqanıstana nota verib
Tarix: 09.09.2013 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


İran Əfqanıstana nota verib.Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm açıqlama verib.
Onun sözlərinə görə, İranın Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki konsulluğunun binasına hücum faktını kəskin şəkildə pisləyir və qəbuledilməz sayırlar: “Yerli polis və təhlükəsizlik qüvvələrinin məsuliyyətləri gərəyi dərhal hadisə yerində olmaları, qeyri-qanuni toplaşmalara və İran konsulluğuna zərər verilməsi və narahatlıq yaradılmasına icazə verməməsi lazım idi. Artıq belə hadisələrin təkrarlanmaması üçün Əfqanıstan hökumətinin daha çox təhlükəsizlik tədbirləri görməsi zəruridir”. M.Əfxəm deyib ki, bu hadisə və İranın Heratdakı konsulluğunun təhlükəsizliyinin təmin edilməsinin vacibliyi ilə bağlı Əfqanıstanın Tehrandakı səfiri bəzi məsələlərə aydınlıq gətirməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd edək ki, bir qrup Əfqanıstan vətəndaşı İranın Heratdakı konsulluğunun binası qarşısında etiraz aksiyası keçirib. Buna səbəb Əfqanıstan vətəndaşlarının aylardır viza üçün ödədikləri 400 avro məbləğindəki əmanətlərini diplomatik korpusun prosesi gecikdirməsi ucbatından geri ala bilməməsidir. Ona görə də 500-ə yaxın yerli sakin aksiya keçirməklə öz hüquqlarını tələb etmək istəyib. Ancaq piket iştirakçıları konsulluğun binasına daxil olmağa və onu yandırmağa cəhd göstəriblər. Onlar daş və taxta dəyənəklərlə İranın Heratdakı konsulluğunun binasına hücum ediblər. Bu zaman konsulluğun mühafizəçiləri nümayişçilərə atəş açıb. Nəticədə bir nəfərin öldüyü, bir nəfərin də yaralandığı bildirilir. Aksiya Herat təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə başa çatıb. Piket iştirakçıları qarşıdurma zamanı 3 nəfərin öldüyünü iddia etsələr də, Herat xəstəxanasından 1 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı barədə məlumat verilib. Bundan əlavə, Herat polisi 20 nəfər nümayişçinin həbs edildiyini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info