Pakistanın BMT-dəki xoşməramlı səfiri Peşə Reabilitasiya Mərkəzində olub
Tarix: 12.11.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Pakistan İslam Respublikasının BMT-dəki xoşməramlı səfiri Muniba Mazari ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəz sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiya olunmasında və ümumən onların sosial reabilitasiyasında önəmli rola malikdir. Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Mazari buradakı gənclərlə söhbət edib. O, gənclərin peşə hazırlığı prosesi, əl işləri, mərkəzdə paralimpiya idman növləri üzrə məşq prosesi, həmçinin aikido idman növü ilə tanışlıq təlimi ilə tanış olub.
M.Mazariyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.
O, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlər, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olması ilə bağlı xoş təəssüratlarını ifadə edib.
M.Mazari 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur. Buna baxmayaraq, güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə nail olur, həyatda və yaradıcılıqda uğurlar qazanır.

Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib
05.12.2019
Vilayət Eyvazov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib
05.12.2019
AGAT “İncəsənət Terapiyası Saatı“ adlı sosial layihəyə start verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info