Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
Tarix: 12.11.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Masallı rayonunun Əmirtürbə kəndində “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi” və “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalı ilə təltif edilmiş şəhid Səfərəli Alışovun 40 mərasimində onun doğulduğu kənddə adına verilmiş küçənin açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Azad Ələkbərov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, ziyalılar, ağsaqqallar, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və general-leytenant Azad Ələkbərov şəhid Səfərəli Alışovun şərəfli ömür yolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə ekskavatorçu kimi yolların salınması ilə məşğul olub. Əməyini sevib, hamının hörmətini qazanıb. İşlədiyi müddətdə dəfələrlə düşmən atəşinə tutulub, amma, düşmən hiyləsindən, düşmən gülləsindən qorxmayıb.
Oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində, iş başında olan Səfərəli Alışov düşmən tərəfindən vurulub, ağır güllə yarası alıb. Buna əhəmiyyət verməyən Səfərəli işini cəsarətlə davam etdirməyə səy edib. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilib yaralının təcili təxliyəsi təmin olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İndi onun haqqında hamı danışır. O, təkcə doğulduğu, boy atdığı torpağın, Masallının yox, bütün Azərbaycanın igid oğludur.
Çıxış edənlər Səfərəlinin kəndini “Əmirtürbə postu” adlandırıblar.
Anım mərasimi əsaslı təmirdən sonra istifadəyə verilmiş Əmirtürbə kənd məktəbində davam etdirilib. Sonra tədbir iştirakçıları şəhidin doğulduğu evə baş çəkib, uyuduğu məzarı ziyarət ediblər.
Şəhdin uyuduğu Əmirtürbə kənd qəbiristanlığında da böyük izdiham yaşanıb. Onun məzarı gül-çiçəyə bürünüb, önünə əklillər düzülüb, ruhuna dualar oxunub, ehsan verilib. Əmirtürbəli məktəblilər Vətəni, ölkəmizi vəsf edən şeirlər söyləyiblər. Çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildiriblər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası yerdə qalmayacaq. Tezliklə Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Qarabağda, işğal altında olan digər ərazilərimizdə dalğlanacaq.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Səfərəli Alışov bu ilin oktyabr ayının 3-də anadan olduğu Masallı rayonunun Əmirtürbə kəndində torpağa tapşırılıb. Səfərəli Alışovun toprağa tapşırılmasından 40 gün keçir. Onun xatirəsi ehtiramla yad edilir. O, boy atdığı kəndini, onun əsrarəngsiz gözəlliyinin vurğunu idi. Həyatı çox sevirdi. Hamı kimi arzusu vardı. Ən böyük arzusu Qarabağmızı azad olunmasını görmək idi. Onun bu arzusunun gerçəkliyini övladları, nəvələri, görəcək...

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
13.12.2019
Azərbaycanda pilotsuz taksilər olacaq
13.12.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
13.12.2019
Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır
12.12.2019
Bərpaya ehtiyacı olan mədəni sərvət - “Qonaqkənd” xalçası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info