Nazir müavini: “Həyata keçirilən tədbirlərin məqsədi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməkdir”
Tarix: 12.11.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi və Niderland Krallığının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə sağlam qida istehsalı üçün “Dayanıqlı kənd təsərrüfatı” mövzusunda seminar keçirilib. Seminarda Niderland Krallığının Azərbaycanda və digər ölkələrdəki attaşeləri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların və biznes strukturların nümayəndələri iştirak edib.
Açılış mərasimində Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova çıxış edib. Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers iki ölkə arasında əlaqələr, xüsusilə aqrar sahədə qarşılıqlı münasibətlərin mövcud vəziyyətindən, kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, Azərbaycanla kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin genişlənməsi Niderland Krallığı üçün prioritet əməkdaşlıq istiqamətlərindəndir.
Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların müsbət nəticələr verdiyini bildirib: “Kənd təsərrüfatında inkişafa nail olmaq, dayanıqlılığı təmin etmək məqsədilə aqrar sahədə ixtisaslaşmış aparıcı ölkələrin təcrübəsini öyrənmək, bu sahədə təcrübə mübadiləsi aparmaq bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən davamlı olaraq dəstək tədbirləri həyata keçirilir, dayanıqlı kənd təsərrüfatı istehsalına imkan verən yeni texnologiyaların tətbiqi genişlənir, fermer təsərrüfatlarının inkişafı üçün subsidiyalar verilir. Həyata keçirilən tədbirlərin məqsədi keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməkdir”.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova dayanıqlı kənd təsərrüfatı sahəsində rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərə toxunub. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən yeniliklər, Aqrar Tədarük və Təchizatın fermerlərə təqdim etdiyi imkanlar fermerlərin inkişafında, təsərrüfat sahələrindən əldə olunan məhsulun keyfiyyətinin və həcminin artırılmasında müstəsna rol oynayır: “Aqrar Tədarük və Təchizat tərəfindən həyata keçirilən “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə”, Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihələrinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini, məhsuldarlığın həcmini artırmaq və onların satışına dəstək olmaqdır. Eyni zamanda, fermerlərin sosial rifahının artırılmasına nail olmaqla kənd təsərrüfatında dayanıqlılığın təmin olunması bütövlükdə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumların əsas fəaliyyət istiqamətlərdən biridir”.
Seminar panel müzakirələrlə davam edib. “Ağıllı” kənd təsərrüfatı panelində “Dayanıqlı torpaq və su idarəetməsi”, “Pilot ferma”, “Tullantıların idarəedilməsi”, Veterinariya (Heyvan sağlamlığı) panelində “Dayanıqlı bəsləmə və yemləmə”, “Veterinariya”, İstixana texnologiyaları panelində isə “Bitkilərin sağlamlığı / xəstəliyi və məhsul yığımından sonrakı idarəetmə”, “Ziyanvericilərə qarşı kompleks mübarizə”, “İstixanalarda innovasiyalar”, “Dayanıqlı istixanalar” mövzularında müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
11.12.2019
“Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi”
11.12.2019
“Azeri Light”ın bir barreli 69,60 dollara satılır
10.12.2019
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı
10.12.2019
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info