Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
Tarix: 12.11.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Rusiya Yazıçılar Birliyinin təşəbbüsü, "Leyla Khazari" Art-Galereyasının dəstəyi ilə tanınmış rusiyalı şairə Yekaterina Xlebnikovanın Bakıda ilk dəfə yaradıcılıq gecəsi keçirilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşkilatçılığı ilə
"Leyla Khazari" Art-Galereyasında keçirilən gecədə yazıçılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.
Gecəni qalereyanın rəhbəri Leyla Xəzəri açaraq qonaqları salamlayıb və dəvəti qəbul edib gəldiklərinə görə hər kəsə təşəkkür edib.
Sonra səhnəyə şairə Yekaterina Xlebnikova çıxaraq bütün təşkilatçılara və qonaqlara minnətdarlığını bildirib. O, Azərbaycana və Azərbaycan ədəbiyyatına olan sevgisindən danışaraq bu ölkədə onun ilk dəfə poeziya gecəsinin keçirilməsindən məmnunluğunu ifadə edib.
Daha sonra Yekaterina Xlebnikova balaban, fleyta və tütəkdə Rauf Zeynalovun və musiqiçi Vasif Hüseynzadənin müşaiyətlərilə özünün şeirlərini səsləndirib.
Gecədə, həmçinin ADDIM Gənclər təşkilatı tərəfindən Yekaterina Xlebnikovanın Azərbaycanla bağlı şeirinə çəkilmiş videoklipin təqdimatı olub. Ardınca "Xarı bülbül" şokalad firmasının “Sarı Gəlin” şokalad qutusu Yekaterina Xlebnikovaya təqdim edilib. Sonda Rusiya Yazıçılar Birliyinin nümayəndəsi, ictimai xadim Səadət Qarayeva iki ölkə arasında mədəni tədbirlərin mühümlüyünü vurğulayaraq, qonaqlara və bu gecənin sponsorlarına; Safari Azərbaycan Ov Klubuna, Rusiyanın "GrottBjorn" şirkətinə, Azərbaycanın ilk qablaşdırılmış su brendi "Badamlı"ya, "Xarı bülbül" şokalad firmasına, Gəncə şərab zavoduna təşəkkür edib. Qeyd edək ki, gecəyə informasiya dəstəyini "Kanal5" tv və "Kanal5.az" saytı verib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info