Ermənilərin ölkədən köçü davam edir
Tarix: 12.11.2019 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Ermənistanda gənclər üçün gələcəyə ümid verəcək bir şey yoxdur”

Bir müddət bundan əvvəl, Ermənistandakı ARFD Gənclər Birliyi elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirəndə, Paşinyan konsertdə əylənirmiş. Sonradan Nikolun şəxsi «Facebook» səhifəsində yerləşdirdiyi selfilərdə onun bu konsertdə təkcə ailəsi ilə deyil, həm də yaxın ətrafı ilə iştirak etdiyi diqqət çəkir.
Maraqlıdır ki, həmin konsertə təşrif buyuranlar arasında nazir Araik Arutyunyan da olub. Əslində, nazirin də insan kimi buna haqqı çatır. Yəni o da başqaları kimi, konsertə, teatra və ya hər hansı bir əyləncə yerinə gedə bilər. Lakin nazirin konsertdə əylənməsi başqa vaxtda qeydə alınsaydı, burada qeyri-adi heç bir şey olmazdı. Ancaq Arutyunyanın istefası ilə bağlı keçirilən etirazlara baxmayaraq, onun konsertdə özündənrazı şəkildə görünməsi nazirin bundan sonra da vəzifəsində qalacağı barədə erməni gənclərə göndərdiyi mesaj kimi də başa düşülməlidir. O da maraqlıdır ki, bundan bir müddət sonra tələbələrlə görüşən Paşinyan qəribə bir mövqe ilə çıxış etdi. Belə ki, Ermənistanda təhsil siyasətinin Arutyunyan tərəfindən deyil, hökumət tərəfindən aparıldığını bildirən erməni baş nazir «mən burada qorxu yaymaq üçün cəhd edildiyinə dair fikirləri bölüşmürəm» -deyə bildirmişdi. Qeyd edək ki, Nikol dəxli olmasa da, «bu gün Ermənistanda olan mili hökumətin» dünya təcrübəsində hələ rast gəlinmədiyini bəyan etmişdi. Təbii ki, belə bir göstəricinin məhz Nikolun hakimiyyətdə olduğu dövrdə əldə edildiyini bəyan etmək «təvazökar baş nazir» üçün yersiz görünə bilər deyə o, bunu bəyan etməyib. Amma deyib ki, «hazırda 10 min insan küçələrə çıxaraq 24 saatlıq kampaniya təşkil etsələr belə, mənim üçün bir qəpiyə dəyməz. Araik Arutyunyan nazir olaraq qalacaq!».
Xatırladaq ki, İrəvanda ötən həftənin ortalarından start götürən tələbə və ARFD Gənclər Birliyinin etirazları bu gün də davam etməkdədir. Ermənilərin «Qolos Armenii» saytının yazdığına görə, bu gün artıq ümumi sayı 10 mini keçən nümayişçilərin Araik Arutyunyan məsələsindəki tələbi Nikol Paşinyanın keçə bilməyəcəyi təməl daşı kimi, onu büdrədə bilər. Önəm kəsb edən məsələlərdən biri Paşinyanın elm, mədəniyyət və idman nazirinə qarşı göstərdiyi dəyərdir. Maraqlıdır ki, hazırda bir çoxları bunu Arutyunyanın Paşinyana olan «sədaqəti» ilə dəyərləndirirlər. Lakin bütün bunlara baxmayaraq, Paşinyanın xalqa qarşı nə qədər dirəniş edəcəyi hələ ki, sual altındadır.

Ötən gün UNESCO-nun Baş qərargahında Baş Konfransın 40-cı iclasında çıxış edən Nikol Paşinyan yenə də əvvəlki əməlindən qalmayıb. Belə ki, o, Ermənistandakı son durumla bağlı çıxış edərkən, «ölkəmizdə işsizlik nisbəti yeni iş yerlərinin yaradılması nəticəsində düşsə də, lakin bir çox işsizlər, ölkələrində alternativ olmadığına görə, vətənlərini tərk edərək xaricdə iş axtarmağı seçirlər» -deyə bildirib. Bəli, artıq erməni baş nazir də ölkədəki axını etiraf etmək məcburiyyətində qalıb. «ArmenianReport» saytının yazdığına görə, artıq erməni gənclərini Rusiyadan çox, Avropa ölkələri cəlb etməkdədir. Maraqlıdır, niyə Avropa ölkələri? Suala cavabı elə sayt da verir: «Çünki bu gün Ermənistanda erməni gəncləri üçün gələcəyə ümid verəcək bir şey yoxdur - nə siyasətdə (əgər siz Paşinyanın qızğın tərəfdarı deyilsinizsə, o zaman sizin nə hökumətdə, nə də ölkə parlamentində yeriniz yoxdur), nə ictimai, nə də gündəlik həyatda! Ona görə də, bu gün daha çox erməni gənclər arxaya baxmadan belə, həmişəlik olaraq Ermənistanı tərk edirlər. Təbii ki, bu gün ölkəni tərk edənlərin rəqəminə diqqət yetirsək, bunlar ölkənin gələcəyi üçün kədərli, mən deyərdim ki, faciəvi rəqəmlərdir. Hakimiyyət bu gün Ermənistandakı iqtisadi vəziyyətin keçən ilə nisbətən daha yaxşı olduğunu, iqtisadi göstəricilərin böyüdüyünü, yeni iş yerlərinin yaradıldığını söyləyə bilər. Amma biz, əslində, tamamilə fərqli mənzərəni görürük. Əlbəttə ki, bu gün gənclərin 27 il əvvəl olduğu kimi, ən əsas yaşayış şəraitinin olmaması səbəbindən Ermənistanı tərk etdiyini inkar etməməliyik. Doğrudur, bu gün 27 il əvvəlki kimi deyil. Gənclərimiz 1992-93-cü illərdəki ac və soyuq qışlarımızı görməyiblər. Lakin bütün bunlara baxmayaraq, onlar Ermənistanda yaşamaq istəmirlər». Saytın yazdığına görə, bu gün Avropada Ermənistanın «xoş gələcəyi»ndən dəm vuran Paşinyan evdə onunla öyünə biləcək xüsusi bir şeyin olmadığını yaxşı anlayır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
11.12.2019
Ankara İncirlikdəki aviabazanı Amerika əsgərlərinə bağlaya bilər
11.12.2019
Həyatım boyunca bu kədərlə yaşayacağam
10.12.2019
Putindən xəbərdarlıq: İkinci Serebrenitsa yaşana bilər
10.12.2019
“Qolos Armenii”: “Paşinyan hökuməti cəmiyyətdə ictimai harmoniyanı pozur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info