Sifarişlə yazılan statuslar
Tarix: 12.11.2019 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Müxalifətin “milli şura” adlı qondarma qurumunu əlində oyuncağa çevirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkələrdə dayanmadan inqilab əhval-ruhiyəli statuslar yazır. Uzun illərdir ki, AXCP-nin dəyişməz sədri kimi tanınan Əli Kərimlinin özünü ədalət carçısı, demokrat, əsl müxalifət rəhbəri kimi təqdim etsə də, yazdığı statuslar ölkədə insanların dövlət əleyhinə qalxmasına hesablanıb.
Özünü “demokrat” adlandıran birinin xaosa hesablanmış anormal çağırışlarına, görünür bu səbəbdəndir ki, nəinki ümumxalq, aktiv sosial şəbəkə istifadəçiləri tərəfindən belə, diqqət göstərilmir. Zatən indiki gənclər, xüsusən də sosial şəbəkələrdə fəal olan gəncliyimizin gözü açılıb, 90-cı illər təfəkküründə olanları siyasi lider kimi görmürlər. Ortaya siyasi konsepsiyalar qoymaq əvəzinə, icazəsiz mitinqlərlə bağlı çağırışlar edib Boliviya, Liviya və s. insanlara misal göstərən biri hansı perspektivi vəd edər axı? Ümumiyyətlə, indi hansı dövrdür ki, stabil şəkildə inkişaf edən bir dövlətdə küçə aksiya və mitinqlərini təbliğ edib sonda öz yaxın ətrafının həbsinə nail olasan? Halbuki bu da düşünülmüş bir senari sayıla bilər. Çünki Əli Kərimli gözəl bilirdi ki, qanunla ictimai yerlərdə asayişin pozulmasına hesablanmış istənilən aksiya, qışqır-bağırlı toplantılar qadağandır. Bu qadağalara qarşı çıxanlar isə qanun qarşısında cavab verməli olurlar. Necə ki, dünyanın ən inkişaf etmiş ölkəsində belə, min nəfəri paytaxt küçəsinə yığıb, qışqıraraq xaos yaratmağa cəhd edənləri saxlayırlar, eləcə də Bakıda bunun olması adi hal idi. Nəticə? Nəticə odur ki, indi də bu qanunu pozanları, Əli Kərimlinin bilərəkdən meydanlara atdığı yaxın ətrafının həbsdə olmasını bar-bar bağıraraq dünyaya car çəkirlər. Məqsədlidir deyilmi?! Məsələn, Tofiq Yaqublu haqqında hələ də müxtəlif şayiələr uydurulur, statuslar yazılır, beynəlxalq təşkilatların diqqətini çəkmək üçün Azərbaycanın adını batıran bəyanatlar verirlər. Ümumiyyətlə, sosial şəbəkələrdən ölkənin adına ləkə yaxmaq üçün istifadə edən radikal müxalifət partiyalarının və ayrı-ayrı radikal müxalifətçilərin fəaliyyətlərini birləşdirən ortaq cəhət var ki, bu da onların ölkəni gözdən salmağa hesablanmış bəyanat və fəaliyyətləridir. Necə ki, xaricdə formalaşan bir qrup söyüşcül dəstə üzvü milli dəyərlərimizə zidd fəaliyyətlər göstərir, Anti-Azərbaycan dairələrin diqqətini çəkmək üçün min oyundan çıxırlar, eləcə də oxşar funksiyaları ənənəvi müxalifət partiyaları da edirlər... Amma görünən odur ki, bəzi ərəb ölkələrini viran qoyan və sosial şəbəkələrdən başlayan dağıdıcı inqilabları Azərbaycanda zərrə qədər də dəstəkləyən yoxdur və heç bundan sonra da olası deyil. O inqilabı ki, AXCP sədri arzu edir, onun sosial şəbəkələr üzərindən sifarişlə yazdığı statusları kimi, özü də uğursuz olacaq...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info