Havanın temperaturu enəcək, yağış yağacaq
Tarix: 13.11.2019 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 14-16° isti, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanın əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 14-18° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2019
Ulu öndər Heydər Əliyevin xatirəsi Latviyada da yad edilib
12.12.2019
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq?
12.12.2019
Yağış yağacaq
12.12.2019
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info