Türkiyədə “Gələcəyə nəfəs ol!“ kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Tarix: 13.11.2019 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Noyabrın 11-də keçirilən ağacəkmə aksiyasında Dənizlidəki Pamukkale Universitetinin müəllim və tələbə heyəti də yaxından iştirak edib


Noyabrın 11-də Türkiyədə "Gələcəyə nəfəs ol!" şüarı altında ümumrespublika ağacəkmə kampaniyasına start verilib. Yerli vaxtla saat 11:11-də başlanan aksiya çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Ankarada ağac əkiblər. Kampaniya çərçivəsində ölkənin bütün bölgələrini əhatə edən 81 vilayət üzrə 2023 məntəqədə ümumilikdə 11 milyon ağac əkilib. Dövlət və hökumət rəsmiləri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məsul şəxsləri və AKP-dən olan deputatlar bölgələrdəki ağacəkmə kampaniyasına qatılıblar.
Türkiyənin hər yerində olduğu kimi, Dənizlidə də vətəndaşlar bu aksiyada xüsusi fəallıq göstəriblər. Belə ki, həmin gün Dənizlidə 50 müxtəlif yerdə 200 mindən çox ağac əkilib.
Aksiyada Pamukkale Universitetinin müəllim və tələbə heyəti də yaxından iştirak edib. Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllının verdiyi məlumata görə, Dənizlinin Kale məhəlləsində gerçəkləşdirilən ağacəkmə aksiyasına Pamukkale Universitetinin rektoru, Prof. Dr. Hüseyn Bağ başda olmaqla rektor yardımçıları Prof. Dr. Erdinç Duru, Prof. Dr. Rafet Kılınçarslan, Pamukkale Universitetinin baş katibi Prof. Dr. Mehmet Ali Sarı, TEMA Vəqfi Dənizli bölgə təmsilçisi və Pamukkale Universitetinin müəllimi Prof. Dr. Gürkan Semiz, həmçinin Pamukkale Universiteti Gənc TEMA Cəmiyyətinin üzvü olan tələbələr və Pamukkale Universiteti Beynəlxalq Tələbə Cəmiyyətinin (Uluslararası Öyrenci Topluluğu) üzvü olan tələbələr də qatılıb.
Xatırladaq ki, rəsmi məlumata görə, bu ildən etibarən hər il noyabrın 11-i Türkiyədə Milli Ağaclandırma Günü kimi qeyd olunacaq. Türkiyə Respublikasının 100 illik yubileyinin qeyd olunacağı 2023-cü ilədək ölkə ərazisində ümumilikdə 7 milyard ağacın əkilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Vikipediyada Əhmədiyyə Cəbrayılov haqqında özbək dilində bölmə yaradılıb
05.06.2020
“Nezavisimaya qazeta”: koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb
04.06.2020
Türkiyə-Rusya əlaqələri strateji tərəfdaşlıq mərtəbəsinə yüksəlir
04.06.2020
Deyəsən, bu dəfə “xəstəliyə uçuş“da Paşinyanı xilas etməyəcək
03.06.2020
Dağlıq Qarabağda erməni əsgər yol qəzasında ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info