İsrailin “Maariv“ qəzeti: “BMT tam iflasa uğrayıb”
Tarix: 09.09.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


İsrailin "Maariv" qəzeti BMT-nin hazırkı vəziyyəti və fəaliyyəti ilə bağlı maraqlı bir yazı dərc edib. Müəllif Ben Dror Yamini xatırladır ki, BMT 1945-ci ildə - İkinci Dünya müharibəsinin sonunda yaradılıb ki, ölkələr arasında dialoq şəraiti təmin edilsin: “Ona görə yaradılmışdı ki, daha müharibə olmasın. Yaxud mənasız kütləvi insan qırğınları baş verməsin, heç vaxt soyqırımı törədilməsin. Özünün əvvəlki formasında bu təşkilat Millətlər Liqası adlanırdı. Bu qurum 1920-ci ildə Parisdəki sülh konfransından sonra yaranmışdı. Liqa yarananda, dünyada cəmisi bir neçə onlarla dövlət vardı. Bu gün isə BMT-yə 196 dövlət daxildir.
BMT-nin sələfi olan Millətlər Liqası yeni dünya müharibəsinin başlanmasının qarşısını almaqla bağlı qəti çöküşə məruz qaldı. Bugünkü “Millətlər Liqası” - BMT də bu sferada hansısa uğura imza atması ilə öyünə bilməz. Bu sahədə situasiya daimi olaraq pisləşir. İki dünya müharibəsində 85 milyon nəfərə yaxın insan ölüb. İkinci Dünya müharibəsindən sonra isə dünyada sonsuz lokal konfliktlər və savaşlar nəticəsində 88 milyon nəfər həyatını itirib. Beynəlxalq hüquq baxımından vətəndaşlara qarşı konvensiyalaşdırılmamış halda silah işlətməkdən daha dəhşətli heç nə yoxdur.
Bu, insanlığa qarşı cinayətdir - buna şəkk yoxdur. Bax, budur - hamının gözü qarşısında oxşar cinayətlər baş verir, amma BMT fəaliyyətsizlikdən iflic olub. Faktiki olaraq BMT hər hansı bir müharibənin, hər hansı qan-qadanın, soyqırımının qarşısını ala bilməyib. Ola bilsin, buna görə də öz həyatının əsas məsələsi - İsraili ittiham etməklə məşğuldur.
BMT-nin bütün qətnamələri əvvəlcədən bəllidir. Bu qurumun İnsan Hüquqları Şurası kimi təsisatları çoxdan üzdəniraq lətifələrə çevriliblər. Son on ildə bu “hüquq müdafiəsi” şurasını Liviya, Sudan, Suriya kimi dövlətlər təşkil ediblər. BMT bir UNRWA - Fələstin qaçqınlarına yardım agentliyi yaradıb. Bu təşkilat BMT-nin şişirdilmiş bürokratik strukturuna çevrilib. Bu struktur illərdir fələstinli qaçqınların əbədiləşdirilmiş problemləri ilə məşğul olur. Əgər kütləvi sayda vəsaitlər fələstinlilərin rifahı üzrə xərclənsəydi, indi yəqin ki, bir dənə də fələstinli qaçqın kimi qalmazdı”.
Yazı müəllifi qeyd edir ki, hazırda bütün bu kimi səbəblərdən BMT adlı bürokratik strukturun tam iflası müşahidə edilməkdədir. BMT funksiyasını yerinə yetirə bilmir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info