Masallıda “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilib
Tarix: 13.11.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


13 noyabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gəncləri internet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal manafov çıxış edərək mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir: "Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir".
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Nurəddin Mirzəyev çıxış edərək bildirdi ki, belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. Sonda maraqla qarşılanan seminar çərçivəsində gənclərin bilavasitə qatıldıqları müzakirələrdə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Bərpaya ehtiyacı olan mədəni sərvət - “Qonaqkənd” xalçası
12.12.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11.12.2019
Əhməd Əhmədzadə Abşeron rayonunda vətəndaşlarla görüşüb
11.12.2019
Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin DSK-lara paylanmasına başlanıb
10.12.2019
Səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info