Konqresmen Suriya müharibəsinə qarşı petisiya üçün imza toplayır
Tarix: 09.09.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Florida ştatından olan konqresmen Alan Qreyson Suriyaya qarşı müharibə əleyhinə petisiya üçün imza toplamağa başlayıb. “Biz Suriyaya hücumu təxirə salmışıq və prezident Obamanı məcbur etmişik ki, Konqresdən icazə alsın. Müharibənin qarşısını almaq üçün növbəti addım Konqresin müharibədən imtinası olacaq. Petisiyanı imzalayın və mən onu Konqres üzvlərinə çatdıracağam.
Sizin fikriniz çox vacibdir” - deyə konqresmen bildirib. Petisiyada bildirilir: “ABŞ administrasiyası Suriyada davam edən vətəndaş müharibəsinə hərbi müdaxilə etməyə hazırlaşır. Biz bunun əleyhinəyik. ABŞ-ın orada həyati əhəmiyyətli milli təhlükəsizlik marağı yoxdur. Biz dünya jandarmı, hakimi deyilik. Amerikada özümüzün çoxlu problemləri var. Müharibə dinc insanların ölümünə səbəb olacaq. Vətəndaş müharibəsi çox təəssüf doğurur, amma heç kim bizə və müttəfiqlərimizə hücum etməyib. Britaniya parlamenti hərbi zərbənin əleyhinə çıxıb. Hərbi-sənaye kompleksindən savayı heç kim ABŞ-ın Suriya münaqişəsinə müdaxilə etməsini istəmir. Mən ABŞ-ın hərbi müdaxiləsinə qarşıyam, mənə dəstək olun”. Qeyd edək ki, Obamanın Suriyaya hərbi zərbə qərarını hələlik 22 senator və 19 konqresmen dəstəkləyir. Qətnamənin sentyabrın 11-nə təyin olunan səsverməsi bir həftəlik təxirə salınıb. Senatın Xarici əlaqələr komitəsi Obamanın qərarını dəstəkləyib. Komitə üzvlərindən 10-u qərarın lehinə, 7-si əleyhinə, 1-i isə bitərəf olub. Həmin qərara əsasən, Suriyaya qarşı hərbi zərbələr ehtiyac olarsa, bir ay uzadılmaq şərti ilə 60 gün ərzində başa çatdırılmalıdır. Qərarda yerüstü əməliyyatın keçirilməsinə qadağa qoyulub.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info