“Messinin qarşısını almaq üçün 20 mindən çox yola əl atdıq, xeyri olmadı“
Tarix: 13.11.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Messinin qarşısını necə almaq haqda heç bir fikrim yoxdur. Çünki çalışdırdığım heç bir komandam bunu bacarmayıb”.
Qol.az xəbər verir ki, bu sözləri “Leqanes”in baş məşqçisi Xavyer Aqirre “Barselona”nın kapitanı Lionel Messi haqda danışarkən deyib.
Meksikalı mütəxəssisin komandası La Liqanın növbəti turunda “Barselona” ilə qarşılaşacaq. Oyun öncəsi İspaniya mətbuatına açıqlama verən Aqirre rəqibin argentinalı hücumçusunun qarşısını almaqda aciz olduqlarını bildirib:
“Onun üçün cərimə zərbələri penalti kimidir. Bu günlərdə köməkçilərimdən biri təklif etdi ki, cərimə zərbəsi olarsa, Messinin qarşısına canlı sədd qoymayaq. Ancaq bildirdim ki, əgər Messini qapıçımız İvan Kuelyarla təkbətək qoysam və 10 top versəm, Messi 11 qol vuracaq. Buna görə razılaşmadım.
Messinin qol vurmasının qarşısını almaq üçün çox yolu müzakirə etmişik. Oyunçulardan birini dirəyin yanına qoyduq, digərinin yerdə uzanmasının çıxış yolu olduğunu düşündük. Bir sözlə, 20 mindən çox yola əl atdıq, amma heç birinin xeyri yoxdur. Bu üzdən ən məntiqlisi ona qarşı qaydanı pozamaqdır. Amma bu da mümkün olmur. Çünki bu cani bütün oyunçuları rahat keçməyi bacarır”.
Qeyd edək ki, "Leqanes" - "Barselona" oyunu noyabrın 23-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Messi “İnter“lə oyunu buraxacaq
10.12.2019
İbrahimoviç “Bolonya“nın təklifini rədd etdi
10.12.2019
“Rusiyada təşkil olunacaq turnirlərin yeri dəyişdirilməyəcək”
09.12.2019
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb
09.12.2019
Bakıda beynəlxalq turnir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info