Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
Tarix: 13.11.2019 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək məqsədilə müvafiq ixtisas attestatını əldə etmək istəyən, habelə hal-hazırda bu fəaliyyəti yerinə yetirən və ya gələcəkdə belə fəaliyyəti həyata keçirmək istəyən şəxslər üçün noyabr ayından etibarən iki aylıq təlimlər təşkil olunur. Təlimlərdə gömrük işinin hüquqi əsasları, gömrük nəzarəti və rəsmiləşdirilməsi (gömrük prosedurları, qeyri ticarət siyasəti tədbirləri), gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası, gömrük işinin iqtisadi əsasları, gömrük hüquqpozmaları və s. istiqamətləri əhatə edən mövzular üzrə nəzəri və praktiki dərslər keçirilir. Təlimlər gömrük xidmətində çalışan təcrübəli və peşəkar mütəxəssislər tərəfindən aparılır. Proqram çərçivəsində mövzular üzrə sualların cavablandırılması üçün operativ mobil vasitələrdən istifadə edilməklə təlim iştirakçılar arasında operativ sual-cavab, həmçinin müzakirə platformasi yaradılıb. Belə ki, tədris prosesində öyrədilməsi və təhlili nəzərdə tutulan mövzuların daha yaxşı qavranılmasi məqsədilə əlavə müasir texniki proqram vasitələrindən istifadə olunur.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
04.12.2020
“Ural Hava Yolları“ Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
04.12.2020
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
04.12.2020
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
02.12.2020
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info