Boliviyada ordu Anyesi müvəqqəti prezident kimi tanıdığını elan etdi
Tarix: 13.11.2019 | Saat: 20:31:00 | E-mail | Çapa göndər



Boliviyada Baş Qərargah rəisi Vilyıms Kaliman və Silahlı Qüvvələrinin Ali Komandanlığının nümayəndələri Senatorlar Palatasının ikinci vitse-spikeri Janin Anyesi müvəqqəti dövlət başçısı kimi tanıyıb və ona dəstək olduqlarını bildiriblər.

Bu barədə ölkədəki "Pagina Siete" internet saytında bildirilib və Anyesin müvəqqəti prezident olduğuna dair qərar təsdiqlənib.
Xatırladaq ki, noyabrın 10-da Evo Moralesin istefa verməsinindən sonra vitse-prezident Alvaro Qarsiya Linera da istefaya gedib.
Boliviya Konstitusiyasına görə, prezidentin və vitse-prezidentin istefası halında ölkəyə Senatorlar Palatasının sədri rəhbərlik etməlidir. O da vəzifəsini tərk edərsə, dövləti müvəqqəti olaraq Deputatlar Palatasının sədri idarə edir. Ancaq hər iki palatanın sədri - Adriana Salvatyerra və Viktor Borda da istefa verib. Hakimiyyətin ötürülməsi ilə bağlı növbəti prosedur Boliviya qanunlarında açıqlanmadığından vəziyyət dolaşıq idi. Ancaq Janin Anyes A.Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədri vəzifəsini icra etməli olduğunu, buna görə həm də dövlət başçısının vəzifələrini üzərinə götürəcəyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Tehranda silahlı insident baş verib, ölən və yaralananlar var
06.12.2019
Rusiyadan NATO-ya sərt cavab
06.12.2019
İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb
05.12.2019
ABŞ Suriyada neft sahələrinə əlavə qüvvə göndərməkdə davam edir
05.12.2019
Fransada müddətsiz tətil və nümayişlər başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info