Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb
Tarix: 13.11.2019 | Saat: 21:42:00 | E-mail | Çapa göndər



Noyabrın 13-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəldə dövlət başçıları və xanımları birgə foto çəkdiriblər.
Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnunluğunu bildirərək deyib: “Sizi burada qəbul etmək bizim üçün şərəfdir. Kürdlərlə görüşdük, xeyli məmnundurlar. Atəşkəs davam edir. Bilirsiniz, əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq. Öz sərhədlərimizi düşünməliyik”.
Türkiyə Prezidenti ilə uzunmüddətli dostluq əlaqələrinin olduğunu deyən ABŞ Prezidenti bildirib: “Prezident ilə çox yaxın dostuq. Uzun müddətdir dostuq. Bir-birimizi çox yaxşı anlayırıq. Haradan gəldiyimizi yaxşı bilirik və problemlərimizi də yaxşı başa düşürük. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.

Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında media nümayəndələrinə ətraflı məlumat veriləcəyini bildirib.
Protokola uyğun olaraq görüşün iki saat davam etməsi nəzərdə tutulur.
Donald Tramp ilə görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Ticarət Palatasının, Xarici İqtisadi Əlaqələr Komitəsinin və Türkiyə-ABŞ Biznes Şurasının təşkil etdiyi “dəyirmi masa”da iştirak edib.
Xatırladaq ki, Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranmışdı. ABŞ Prezidentinin dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Tehranda silahlı insident baş verib, ölən və yaralananlar var
06.12.2019
Rusiyadan NATO-ya sərt cavab
06.12.2019
İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb
05.12.2019
ABŞ Suriyada neft sahələrinə əlavə qüvvə göndərməkdə davam edir
05.12.2019
Fransada müddətsiz tətil və nümayişlər başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info