Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
Tarix: 13.11.2019 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Muzey Mərkəzində tanınmış bolqarıstanlı fotoqraf İvo Hadjımişevin “Balkan sivilizasiyassının təqdimatı” adlı fotosərgi açılıb.
Trend-in məlumatına görə, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək Bakıda belə bir sərginin təşkilindən məmnunluğunu ifa edib.
Sərginin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan “Fantaziya” festivalı çərçivəsində açıldığını deyən diplomat, iştirak edən hər kəsə təşəkkür edib. Bildirib ki, festivalının məqsədi mədəni irslərin nümayişi barədə məlumatlılığın artırılmasıdır. Diplomat dəstəyə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib, bu sərginin Muzey Mərkəzində nümayişindən məmnunluğunu qeyd edib.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib. Qeyd edib ki, ikinci dəfə təşkil edilən “Fantaziya” festivalı çərçivəsində bir sıra konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər təşkil olunub:
“Bu sərgi də həmin tədbirlərin tərkib hissəsidir. Bakıda rəssamın belə bir sərgisinin açılması Balkan sivilizasiyası haqında təəssürat əldə olunmasına kömək edəcək, nümayiş olunan fotolar sərgi iştirakçılarında xoş təəssürat yaradacaq”.
Bakıda ilk dəfə 1973-cu ilin aprel ayında olduğunu deyən İvo Hadjımişev Azərbaycanın çox dəyişdiyini qeyd edib. O, fərdi sərgisinin Bakıda təşkilindən məmnunluğunu bildirib. “Bu sərgidə 45-dək foto yer alır. Ancaq Balkan sivilizasiyasını bu qədər foto ilə əhatə etmək mümkün deyil. Bu sərgi deyil, həm də mədəniyyətin bir göstəricisidir. Təşkilatçılığa və dəstəyə görə hər kəsə təşəkkür edirəm, mehriban inşaların əhatəsində olmaqdan şadam”.
Sonra qonaqlar sərgiyə baxıblar. Sərgi noyabrın 15-dək ziyarətçilər üçün açıq qalacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info