Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
Tarix: 14.11.2019 | Saat: 02:28:00 | E-mail | Çapa göndər



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda – Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, jurnalistlərlə görüşdən əvvəl Prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəliblər. Sonra dövlət başçıları birlikdə ABŞ senatının üzvləri ilə görüşüblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüşdə Suriya böhranını gözdən keçiriblər. Tərəflər Yaxın Şərqdə sülhsevər və azad vəziyyət yaratmağı hədəfləyirlər. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.
Səfərin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və ABŞ Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə-ABŞ arasında təhlükəsizlik bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.
ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyəni ciddi narahat etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. Tarixçilər Türkiyə Silahlı Qüvvələrinin arxivindəki 1 milyondan çox sənədi birgə araşdıra bilərlər. Prezident, həmçinin FETÖ və İŞİD terror təşkilatları, eləcə də qaçqınlar məsələsi, terrorçuların öz ölkələrinə deportasiya edilməsi ilə bağlı vəziyyətdən də bəhs edib. Qeyd olunub ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.
Dövlət başları diqqətə çatdırıblar ki, tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılmasını hədəfləyir. Bundan başqa, Türkiyənin NATO üçün önəmli bir tərəf olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfər edib. Səfərin əsas məqsədi Suriya böhranı və ondan doğan məsələlər, o cümlədən Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etməkdir.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
ABŞ Nümayəndələr Palatasının komitəsi Trampa impiçment elan olunacaq iki maddəni təsdiqləyib
13.12.2019
Ermənilərin iddiaları Ankaraya siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz
13.12.2019
İbrahim Kalın ABŞ Senatının qәrarına reaksiya göstәrib
13.12.2019
ABŞ kosmik qoşunlar yaradılması haqqında qanun layihəsini qəbul etdi
13.12.2019
Bolqarıstan Baş naziri Türkiyənin DEAŞ-a qarşı mübarizəsinə münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info