KOBİA ölkədəki maliyyə qurumları ilə sıx əməkdaşlıqda maraqlıdır
Tarix: 14.11.2019 | Saat: 11:14:00 | E-mail | Çapa göndər



Kiçik və Orta Biznesin İnkişafı Agenliyi (KOBİA) ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov noyabrın 14-də Bakıda keçirilən "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən forumda deyib.
O qeyd edib ki, agentliyin əsas mandatlarından biri KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirməkdən ibarətdir: “KOBİA-ya daxil olmuş sahibkar müraciətlərinin təhlili onu deməyə əsas verir ki, hazırda KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır. Hesab edirik ki, bu çətinlikləri yaradan səbəbləri təkcə sahibkarlardan öyrənmək və məsələyə birtərəfli qaydada baxmaq düzgün olmaz. Agenlik ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdə və onların bu məsələdə mövqeyini, o cümlədən təhlil və təkliflərini öyrənməkdə maraqlıdır. KOBİA ilə banklar arasında əməkdaşlığın daha sıx həyata keçirilməsi fikrimizcə inkişaf hədəflərinin reallaşmasına öz töhvəsini verəcək. Bu əməkdaşlıq, sahibkarlara maliyyə dəstəyini digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltməyə imkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info