UNEC İsrailin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
Tarix: 14.11.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


İsrailin Sapir Akademik Kollecinin İnnovasiyalar mərkəzinin rəhbəri Dani Frayfild universiteton dəvəti ilə UNEC-də olub. Rektor, professor Ədalət Muradovla görüşdə nümayəndə heyətinə UNEC barədə ətraflı məlumat verilib. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə ikili diplom proqramının reallaşdırılmasında maraqlı olduğunu, UNEC-in ölkədə qida sənayesi və yüngül sənaye sahəsində dizayn ixtisası üzrə ali təhsil verən yeganə universitet olduğunu və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Ədalət Muradov İnnovativ Biznes İnkubatorun fəaliyyətindən də söz açıb, burada startapların həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib. Sonra Dan Frayfild Sapir Akademik Kolleci haqqında ətraflı məlumat verib. Dizayn, informasiya texnologiyaları ixtisaslarının tədris metodları və startapların reallaşdırılması ilə bağlı Sapir Akademik Kollecinin təcrübəsini bölüşüb.
Görüşdə hər iki ali təhsil müəssisəsi arasında texniki və texnoloji ixtisaslar üzrə ikili diplom proqramları, startapların hazırlanması, mentorluq fəaliyyəti təcrübəsinin öyrənilməsi, seminarların, təlimlərin və birgə distant sertifikat proqramlarının reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Sonra nümayəndə heyəti İnnovativ Biznes İnkubator, UNEC Ekstern və yeni Oxu zalı ilə tanış olublar. UNEC Eksternin fəaliyyəti barədə məlumat verən Ədalət Muradov hazırda burada distant sertifikat proqramlarının və təlimlərin aparıldığını diqqətə çatdırıb. UNEC Eksternin imkanlarını yüksək qiymətləndirən nümayəndə heyəti birgə distant sertifikat proqramlarının reallaşdırılmasının mümkünlüyünü bildiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Texnologiya və dizayn fakültəsinin professor-müəllim heyəti və tələbələrilə ilə görüşüb. Dani Frayfild fakültənin müəllimləri və dizayn ixtisası üzrə təhsil alan tələbələr qarşısında təqdimatla çıxış edib. İsrailli qonaq gündəlik məhsulların dizaynı, onun insanın həyat tərzinə və emosiyalarına təsiri barədə maraqlı açıqlamalar edib, faktlar sadalayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb
13.12.2019
Elm Tarixi İnstitutu beynəlxalq elmi təşkilata üzv olub
13.12.2019
Səudiyyə Ərəbistanı Krallığının səfiri Aİİ-ni ziyarət edib
12.12.2019
Psixoloqların əmək haqları artacaqmı?
12.12.2019
Gürcüstandakı azərbaycanlı şagirdlər dərsliklərlə təmin olunaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info