“Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq şövqü ilə ifa edim”
Tarix: 14.11.2019 | Saat: 13:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev teatr sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, milli mədəniyyətimizin inkişafındakı xidmətləri və 60 illik yubileyi münasibəti ilə Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevi Nazirliyin Fəxri Fərmanı ilə təltif edib. Bu münasibətlə Teatrda keçirilən təqdimetmə mərasimində sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev aktyorun səhnə fəaliyyəti barədə geniş məlumat verib. Sonra nazirin imzaladığı mükafatı yubilyara təqdim edərək ona yaradıcılıq yollarında uğurlar arzulayıb.
Möylə Mirzəliyev fəaliyyətinə verilən yüksək qiymətə və qayğıya görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib: “Bu təkcə mənim deyil, fəaliyyət göstərdiyim teatrın yaradıcı heyətinin əməyinə göstərilən diqqətin bariz nümunəsidir. Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq şövqü ilə ifa edim”.
Qeyd edək ki, M. Mirzəliyev 1985-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ``Musiqili komediya aktyorluğu`` fakültəsini bitirib. 1985-1992- ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1992-ci ildən bu günədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində onlarla yaddaqalan obrazlar yaradıb. O, bu gün də repertuarda olan tamaşalarda uğurla çıxış edir, teatrın 110-cu mövsümündə premyeraları nəzərdə tutulan tamaşalarda məşqlərini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
01.12.2020
Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
3 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
4 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
5 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info