Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Tarix: 14.11.2019 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan tərəfdən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfdən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya imzalayıblar. İmzalanma mərasimində çıxış edən Azad Rəhimov Azərbaycanın və Rusiyanın strateji tərəfdaş olduqlarını qeyd edərək deyib: “Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında bütün sahələrdə yüksək əməkdaşlıq mövcuddur. Bu Saziş münasibətlərin inkişafında vacib mərhələdir. Əminik ki, müqavilə Rusiya və Azərbaycan gənclərinin daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradacaq”.
Marina Borovskaya ölkələrimiz arasında gənclər sahəsində mühüm işlərin görüldüyünü bildirib. O, imzalanan müqavilənin gələcəkdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açacağını vurğulayaraq deyib: “Gənclər bizim gələcəyimizdir. Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlıq bu sahənin inkişafına mühüm töhfələr verir. İnanırıq ki, ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq daha da inkişaf edəcək”. Qeyd edək ki, bu Saziş iki ölkə arasında gənclər sahəsində əməkdaşlığa dair imzalanan ilk sənəddir. Gənclərlə İş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info