İcbari tibbi sığorta ilə bağlı klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
Tarix: 14.11.2019 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) layihə həyata keçirir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən tərtib olunan layihənin işçi qrupuna agentliyin və “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi”nin (İctimai Birlik) nümayəndələri daxildirlər.
Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, “Tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması” üzrə işçi qrupunun məqsədi ölkəmizdəki klinik diaqnostik laboratoriyaların müasir standartlar əsasında fəaliyyət göstərməsini təmin etmək və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nəzarət mexanizmini gücləndirməkdir. Layihə çərçivəsində tibb müəssisələrindəki laboratoriyaların səviyyələrə bölünməsi, səviyyələr üzrə göstəriləcək laboratoriya xidmətlərinin siyahısı və kodlarının hazırlanması, eyni zamanda kadr potensialının qiymətləndirilməsi nəzərdə tutulub.
Layihə müddətində, həmçinin işçi qrupu tərəfindən tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təlim keçirilir. Bir ay ərzində davam edəcək təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəran şəhərlərinin, o cümlədən Şamaxı, Göyçay, Quba, Cəlilabad və Ağcabədi rayonlarının tibb heyəti iştirak edir. Təlim nəzəri və praktik olmaqla iki hissədən ibarətdir. Nəzəri hissə Talassemiya Mərkəzində, praktik hissə isə sözügedən mərkəzlə yanaşı, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında və həmin universitetin Onkoloji Klinikasında keçirilir.
Agentliyin Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri, işçi qrupun rəhbəri Firəngiz Əliyeva təlimin açılışında bildirib ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən laboratoriyaların olması üçün vahid məlumat bazasının yaradılması, nəticədə laborator xidmətlər üzrə statistik məlumatların toplanılması və düzgün müalicə üsullarının tətbiqi zəruridir.
İctimai Birliyin İdarə Heyəti sədrinin müavini, işçi qrupun üzvü Ramin Bayramlı tibb heyətinə laborator test nəticələrinin düzgünlüyü üçün avadanlıqlardan istifadə mexanizmləri və prosesə nəzarət qaydaları barədə məlumat verib.
Qeyd edək ki, təlim müddətində iştirakçılara laborator diaqnostikada informasiya texnologiyalarının tətbiqinə dair vərdişlər öyrədilir.
Təlimin ilk günündə iştirakçılara müasir elmi kitablar və tədris materialları təqdim olunub.
Layihənin növbəti mərhələlərində təlimə respublikanın digər regionlarının tibb müəssisələrinin laboratoriyalarında çalışan tibb heyəti də dəvət ediləcək.
Təlimdə iştirakçılara sertifikat veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
11.12.2019
Bakıdakı bayram yarmarkalarında qiymətlər
11.12.2019
Maraqlı statistika: Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
11.12.2019
Yağ adı altında yediyimiz kimyəvi qatqılar –VİDEO
10.12.2019
Broyler toyuqları ilə bağlı təcili ölçü götürülməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info