Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
Tarix: 14.11.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır. 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil təqdim edilib. Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info