“Ermənistanda demokratiyaya doğru heç bir addım atılmayıb”
Tarix: 14.11.2019 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Ölkədə əvvəlki ənənə yenə də davam edir, yeni heç nə yoxdur”


Yəqin xatırlamış olarsınız, 2018-ci ilin noyabrında ardıcıl olaraq ikinci dəfə Paşinyanı hökumət başçısı vəzifəsinə təsdiq etməyən Ermənistan parlamenti buraxıldı. Amma həmin ilin dekabrın 9-da növbədənkənar seçkilər nəticəsində bu gün "Ermənistan Respublikasının ən yüksək qanunverici orqanı" kimi, təqdim edilən hazırkı parlament formalaşdırıldı.
Maraqlıdır, bu gün erməni parlamenti , doğrudanmı deyildiyi kimi, "ən yüksək qanunverici orqan" olaraq fəaliyyət göstərməkdədir? Ermənilərin "Tert.am" saytına danışan siyasi texnoloq Armen Badalyan deyilənlərlə bağlı başqa fikirdədir. Onun fikrincə, bu gün Ermənistan parlamenti indiki hakim siyasi sistemdə əhəmiyyətli rol oynamayan bir qurumdan başqa bir şey deyil. Badalyan erməni parlamentinin, elə əvvəllərdə olduğu kimi, indi də hər hansı bir məsələnin həllində həlledici söz sahibinə malik olmadığını bildirir.
Bu gün Ermənistanda əsas məsələlər barədə baş nazir tərəfindən qərar verilir. Ermənistanın siyasi sistemində əhəmiyyətli bir rol oynamayan qurum kimi görüntülənən parlament, praktiki olaraq heç bir məsələ həll etmək iqtidarında deyil. Buna görə, onun roluna və fəaliyyətinə elə də əhəmiyyət verməyin mənası yoxdur.
Parlamentdə müxtəlif xarakterlərin münasibətinə gəlincə, Armen Badalyana görə, "bu elə də bir yenilik deyil, çünki, dünyanın bütün ölkə parlamentlərində xoş ünsiyyətdən tutmuş, döyüşməyə qədər belə bir şey var".
Erməni texnoloqa görə, hazırda ciddi məsələlər parlamentdə müzakirə olunmur və müzakirə edilə bilməz. Bundan əlavə, ölkə parlamentində müzakirə mövzusu olacaq müsbət inkişaf gündəliyi belə, yoxdur. Erməni deputatlar, sadəcə olaraq, adi vəzifələrini yerinə yetirmək və onları tamamlamaq üçün iclaslara toplanmaq məcburiyyətində qalırlır. Maraqlıdır ki, mövcud erməni parlamentinin "məxməri inqilab"dan sonrakı eyforiya yaşandığı bir vaxtda yaradıldığına diqqət çəkən Badalyan, Ermənistanın müsbət inkişaf gündəliyi olacağı zaman parlamentin fəaliyyətini izələyə biləcəklərinə ümid edir. Qeyd edilməlidir ki, Ermənistanın "parlament ölkəsi" , parlamentin ilk siyasi qurum olduğunu siyasi texnoloqa xatırladan sayta Armen Badalyan belə cavab verir: "Biz "de-yure" parlamentli respublika olsaq da, faktiki olaraq avtokratiya deyilən idarəetmə formasındayıq, yəni Ermənistandakı bütün məsələlər bir nəfər tərəfindən həll edilir"
Badalyanın sözlərinə görə, son 30 ildə Ermənistanda prezident idarəetmə sistemi mövcud olduğu dövrdə də, ölkə parlamenti elə bir səlahiyyət sahibi deyildi:” Bu gün Ermənistan, Konstitusiya və sənədlərə görə, demokratik bir ölkə kimi təqdim edilsə də, amma real həyatda demokratiyaya doğru heç bir addım atılmayıb. Yəni əvvəlki ənənə yenə də davam edir, yeni heç nə yoxdur.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info