Kinodramaturq müxalifəti ələ saldı...
Tarix: 09.09.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Son zamanlar “milli şura”da yaşanan siyasi gəlişmələr o qədər anormal istiqamət götürüb ki, artıq bu “birliyin” seçkilərə hesablanmış bir təşkilat olmadığını əminliklə söyləmək olar. Son günlər bu qurumdakıların kefinə soğan doğrayan daha bir hadisə baş verib. “Milli şura” liderlərindən olan Lalə Şövkət birliklə bağlı planlarına yenidən baxmağa qərar verib. Lalə Şövkət bildirib: “Rüstəm İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar. Belə də
mənəviyyatsızlıq olar?


Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb. O da bir tarixdir ki, 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki, "müxalifət qəzetləri iki siyasətçini vururlar - məni və Lalə Şövkəti". Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmin bu adamlar özünü "elçibəyçilər" adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?".
Əsl həqiqətdir ki, Heydər Əliyevlə bir komandada işləyən, onunla təmasda olan, hətta həyatında bir dəfə görüşən insanlar həmişə o böyük şəxsiyyətin dahiliyi, vətənpərvərliyi, milliliyi, təkrarolunmazlığı haqqında danışıblar. Bunlar nəinki heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər, hətta bu müqayisəni aparmaq belə kobud səhvdir. Heydər Əliyev zirvəsi əlçatmazdır. Bu, bir aksiomdur. Ölkəni dağıdıb bərbad hala salanlar bilirdilər ki, Heydər Əliyevin simasında xilaskar bir qüvvə var. Ən kritik vəziyyətdə belə o, düzgün yol tapa və siyasi uzaqgörənliyi sayəsində xalqı, ölkəni ağır durumdan çıxara bilər. Buna görə də ağır durumda Heydər Əliyevə müraciət etdilər, onun dalınca təyyarə göndərdilər. Sonrakı dövrdə isə bunu inkar yolunu tutdular, hər vəchlə sübut etməyə çalışdırlar ki, belə bir addım atmayıblar. Amma xalq hər şeyi bilir, həmin dövrün canlı şahidləri durur və zaman-zaman öz açıqlamaları ilə onlara kim olduqlarını, ölkəni necə acınacaqlı vəziyyətə saldıqlarını və bugünkü varlıqlarına görə kimə borclu olduqlarını xatırladırlar. Kim deyir ki, İsa Qəmbər özünü elçibəyçi sayır? AXC-ni parçalayıb Müsavatı yaradan, hakimiyyətdə olduqları dövrdə bütün icra strukturlarına rəhbər vəzifələrə öz adamlarını təyin edən, Elçibəylə mübarizə aparan birisi nəyə görə 1998-ci ildə ona güzəştə getməliydi? İsa Qəmbər hər gecə yuxusunda prezident kreslosu görür. Bu ideya onu yatanda da rahat buraxmır və öz məqsədinə çatmaq üçün kimin üstündən deyirsinizsə, keçməyə hazırdır. Rüstəm İbrahimbəyovun ALP liderinin narazılığına reaksiya verməsi də maraq doğuran məqamdır. O deyib: “Lalə Şövkət Hacıyevanın narazılığı var və çox əsaslıdır, köklü səbəbləri var. Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm”. Təcrübə də göstərir ki, bu müxalifətdə narazılıq ya pul, ya da status üstündə olur. Mənəviyyat, təhqir, mənlik və s. məsələlər bunlar üçün əhəmiyyət kəsb etmir. L.Ş.Hacıyevanın tərəfində olduğunu bildirən İbrahimbəyov bununla İ.Qəmbərə və Ə.Kərimliyə mesaj göndərir ki, özünüzü yığışdırın, pulları yağmalamısınız, indi də qurumu parçalayıb “liderlik missiyama” təcavüz edirsiniz. Bu arada “Müsavat”a yaxın olan qəzetdə R.İbrahimbəyovun yenidən “vurulması” da hələ proseslərin daha da gərgin məcraya yönələcəyindən xəbər vermiş oldu. Jurnalist Nazim Sabiroğlunun “Rüstəm İbrahimbəyov və göydən düşən iki alma...” sərlövhəli məqaləsində bildirilir: “Rüstəm İbrahimbəyov bircə kəlmə “ay camaat, bu, mən çəkəsi yük deyil, üstəlik də Rusiya vətəndaşlığım var” desəydi, onu məcbur namizəd etməyəcəkdilər ki. Bax, hamıya “yox” deyilən yerdə, gərək İbrahimbəyov da özünə “yox” deyəydi. Bu prosesdə əgər oyuna salınmışdısa, onlara etiraz edəydi. “Həvəsdi bəsdi, mənimki bura qədər” deyib onu seçənlərə təşəkkür edərək, xalqdan da “mən qəhrəman deyiləm” deyib üzr istəyəydi. Lap gəlib oturub sədrliyin edəydi, lap “seçkini boykot edirəm” deyəydi. Amma gərək belə etməyəydi. Bu onun nə yaşına, nə adına, nə statusuna yaraşardı... Bu film deyildi ki istədiyin dublu kəsib çıxarasan. Bu tarix qarşısında çiyninə götürdüyün məsuliyyət idi. Bunun məsuliyyətini dərk edən və mübarizədə hara kimi gedə biləcəyini bilən adam deyilsənsə, nəyə lazım idi bu həngamə? Əslində, İbrahimbəyovun bu davranışı topluma ciddi zərbə, psixoloji və mənəvi travmadır. Hələ başı daxili dartışmalara qarışmış müxalifət bu zərbənin ağırlığının fərqində deyil. Bədəlini onlar çəkəcək, İbrahimbəyova nə var ki? Artıq Rusiya vətəndaşlığından çıxmaq üçün verdiyi ərizəyə də peşmandır və son müsahibəsində “çıxıb-qayıtmaq mümkündür” deyib gələcək üçün plan da qurub. “Alın a, yana-yana, qalın a, mən Rusiya vətəndaşıyam...” Aman Allah! “Bəs, sənin vətəndaşlığın, bəs sənin vətənin, bəs sənin vətəndaşlarının taleyi, yoldaş İbrahimbəyov” soruşmağın anlamı varmı? Yox! Gecdir”.
Bəs “tarixi addım”, bəs şan-şöhrət, bəs kürsü… Bunlar vazkeçilməyəcək qədər şirin şeylərdir. Özü də İbrahimbəyov kimi şöhrətpərəst üçün.
Əşşi, o kino çəkməyə gəlmişdi. Çəkdi, indi də montajla məşğuldur. Nə Vətən, nə xalq. Vətəni, xalqı düşünənin gərək vicdanı olsun. Əyilməz vicdanın böyük heykəli. Müəyyən xarici dairələr İbrahimbəyovu atdılar ortaya, onun vasitəsilə müxalifəti ələ saldılar, sonra da işə xitam verdilər. Altda qalanın canı çıxsın.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info