Vyanada Azərbaycanın turizm potensialı təqdim olunub
Tarix: 14.11.2019 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm imkanlarına həsr olunmuş “Şərqi Tirol Azərbaycanla görüşür“ adlı tədbir keçirilib.
Tədbirdə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə federal naziri Andreas Rayxerdt, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Avstriya Parlamentinin Turizm Komissiyasının sədri Qerald Hauzer, parlamentarilər, incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Dövlət Komitəsinin sədri Fuad Muradov, səfir Qalib İsrafilov, Qerald Hauzer tədbirdə çıxış ediblər. Natiqlər birgə mədəni tədbirlərin əhəmiyyətini qeyd edib, iki ölkə arasında turizm sahəsində böyük əməkdaşlıq potensialı olduğunu vurğulayaraq, gələcəkdə bu imkanlardan geniş istifadə ediləcəyinə əminliklərini söyləyiblər.
Tədbirin bədii hissəsində Avstriyanın Şərqi Tirol bölgəsinin “Quqqenberqer bacıları“ musiqi qrupu, bu ölkədə yaşayan azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) çıxış edərək, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Tədbir çərçivəsində avstriyalı incəsənət xadimləri Harald Vayskopf, Otmar Trost və Peter-Paul Bundşuhun rəsm və heykəltəraşlıq əsərləri sərgilənib, hər iki ölkənin mili mətbəx nümunələri təqdim olunub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb
08.12.2019
Bu ilin on ayında Şəkinin otel və mehmanxanalarında dincələn turistlərin sayı 25,4 faiz artıb
07.12.2019
Turizm reyestrinin qurulması üçün tender elan edilib
06.12.2019
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
04.12.2019
Ölkəyə gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info