Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib
Tarix: 14.11.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib.
APA-nın xəbərinə görə, iclasın moderatoru olan II Bakı Sammitinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov bildirib ki, adıçəkilən tədbirin keçirilməsi artıq ənənə halını almaqdadır. Onun sözlərinə görə, torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə və işğal nəticəsində bir milyondan çox vətəndaşının məcburi köçkünə çevrilməsinə baxmayaraq, Azərbaycan özünün dini, irqi tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib. Baş Nazirin müavini deyib ki, hazırda dünyada müxtəlif qəbildən olan müharibələrin, qarşıdurmaların sayı artmaqdadır: “Bu vəziyyət dini liderlərin qarşısında yeni vəzifələr qoyur. Hesab edirəm ki, Dünya dini liderlərinin Bakı Sammiti yer üzündə milyonlarla insanı narahat edən problemlərin müzakirə ediləcəyi bir platformaya çevrilir”.
Daha sonra çıxış edən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos bildirib ki, bu gün dini liderlər və dini qurumlar dünyada mühüm rola malikdirlər: “Heç kimə sirr deyil ki, din terrorçuların əlində alətə çevrilib. Bunun üçün də biz dini qurumlarla fəal əməkdaşlıq etməliyik. Dini liderlər münaqişələrin həllində öz sözlərini deməlidirlər. Eyni zamanda dini liderlər sülhün bərqərar edilməsi üçün çağırışlar etməlidirlər”. Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş qeyd edib ki, terrorçuluğun din üzərindən təbliğatına qarşı mübarizə aparılmalıdır: “Biz dini liderlər bunun üçün müştərək işlər həyata keçirməliyik”. Plenar iclas çərçivəsində “Bəşəri çağırış” filmi nümayiş olunub.
Plenar iclas çıxışlarla başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
09.12.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi
09.12.2019
Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub
08.12.2019
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info