Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
Tarix: 14.11.2019 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Aydan Mirzəzadə: “2017-ci ildə mən bu müsabiqəyə qoşuldum, müsabiqə və müsahibə mərhələsindən keçərək Zaqatala rayonu üzrə təhsil meneceri kimi fəaliyyətə başladım”

Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə bilməsi, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətinin formalaşdırılmasıdır. Müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimin təkmilləşməsini, peşəkarlığının yüksəlməsini tələb edir. Çünki yalnız müstəqil düşünən, öz fəaliyyətinin nəticələrini əvvəlcədən görə bilən, təhsil prosesini modelləşdirən müəllim qarşıya qoyulmuş məqsədə çatmağın qarantı ola bilər. Seminar, kurslarda iştirak müəllimlərin bilik və bacarıqlarını zənginləşdirən effektiv iş formasıdır. Bu, eyni zamanda biliklərin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təlim fəaliyyəti, bacarıqların formalaşması üzrə iş və məlumat əldə etməyin mənbəyidir. Bir sözlə, bu, həm söz , həm fəaliyyət, seminarın mövzusu üzrə əyani nümayiş, həm də pedaqoji təhlildir. Müəllimlik yaradıcı peşədir. Müəllim bu gün özünütəhsilin və təkmilləşmənin internet resursları və texnologiyalar vasitəsilə artırılmasının forma və üsullarından istifadə etməlidir. Bu gün müəllimlər məhz bu baxımdan müxtəlif seminarlarda, kurslarda iştirak edir, eləcə də layihələrə qoşulurlar. Müsahibimiz Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin informatika müəllimi, Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin informatika müəllimi Aydan Mirzəzadənin "Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" layihəsi çərçivəsində keçirilmiş təlimlərə yekun vurulub.

- Bu gün siz həm də təhsil meneceri kimi fəaliyyət göstərirsiniz. Bununla bağlı məlumat verərdiniz...

-“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçiləri yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. 2017-ci ildə mən də bu müsabiqəyə qoşuldum, müsabiqə və müsahibə mərhələsindən keçərək Zaqatala rayonu üzrə təhsil meneceri kimi fəaliyyətə başladım.
Fəaliyyətim boyunca Rayon Təhsil şöbəsinin dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin rayonda tətbiqinə və ictimaiyyətə çatdırılmasında köməkliyim olur. 2019-cu ilin yanvar ayında Təhsil Nazirliyinin dəstəyi ilə İngiltərədə keçirilmiş 2 həftəlik təlim proqramı mənim təhsil həyatımın başlanğıcında çox böyük dönüş oldu deyə bilərəm.

- Siz 2 dəfə qrant layihəsində qalib olmusunuz. Bu layihə barədə nə deyərdiniz?

-Artıq 3- cü ildir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”ni elan edir. Bu müsabiqə müəllimlər azad şəkildə öz fikirlərini layihə halına gətirərək qarşılaşdığı problemin həlli üçün öz fikirlərini layihə şəklində təqdim edərək onları aradan qaldırmaq üçün səy göstərməsinə imkan verir.
II qrant müsabiqəsində "Dilimizi sevək, sevdirək!" adlı layihəm müsabiqədə qalib elan olunub. Layihənin keçirilməsində əsas məqsəd azsaylı xalqların daha çox məskunlaşdığı kənd məktəblərində Azərbaycan dilini tədris edən müəllimləri «Yazı işinin təşkili metodikası” təlimlərinə cəlb etmək və onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdan ibarət idi. Layihənin növbəti mərhələsində isə hər iki təlimdə (Qax və Zaqatala rayonlarında keçirilən təlimlərdə) iştirak edən 52 müəllimin TİPİİ tərəfindən yekun qiymətləndirilməsi və ixtisasartırma sertifikatları təqdim olunub.

- "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsi"ndə qalib olduğunuz "Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" layihəsi ilə bağlı məlumat verərdiniz...

- Layihənin əsas məqsədi müxtəlif ixtisaslı müəllimlərin qiymətləndirmə vasitələrinin hazırlanma qaydaları ilə tanış olması və dərsdə düzgün tətbiq olunmasının təmin edilməsidir. Layihə çərçivəsində Müəllimlərin İşə Qəbulu imtahanından keçərək dərs verən müəllimlər üçün məktəb daxili qiymətləndirmənin növlərini dərindən mənimsəmək və bunun əsasında qiymətləndirmə vasitələrinin hazırlanmasını həyata keçirmək nəzərdə tutulub. "Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" layihəsi 01 avqust 2019- cu ildə başlayıb, 29 noyabrda yekunlaşması nəzərdə tutulub. Layihə çərçivəsində 50 dən çox müəllim qiymətləndirmə vasitələrinin hazırlanması qaydalarının mənimsədilməsi məqsədi ilə layihə çərçivəsində müqavilə imzalanmış ixtisaslı təlimçi tərəfindən 2 qrup şəklində 24 saatlıq proqram əsasında təlimlərdə iştirak ediblər. Layihənin açılış tədbiri 29.08.2019 –cu ildə Zaqatala rayonunun Təhsil şöbəsinin əməkdaşları və qabaqcıl müəllimlərinin iştirakı ilə baş tutub. Tədbirdə layihənin məqsədi və qarşıda duran məsələlər müəllimlərin diqqətinə çatdırılıb.
Bundan sonra layihənin növbəti mərhələsi olaraq 19-21 sentyabr və 23-26 sentyabr tarixlərində təlimlərə cəlb olunmuş müəllimlərin iştirakı ilə təlimlər həyata keçirilib. Təlimin sonunda müəllimlər, Formativ və Summativ qiymətləndirmənin mahiyyətini Öyrənilən bacarıqların yoxlanması üzrə müvafiq summativ qiymətləndirmə vasitələrini tərtib edə bilməyi , Dərsin məqsədinə uyğun formativ qiymətləndirmə vasitələrini seçə bilməyi və s. istiqamətlərdə biliklərini möhkəmləndiriblər. Layihənin sonunda təlimlərdə iştirak etmiş 57 müəllimin layihədə iştirakı ilə bağlı sertifikatla təmin olması nəzərdə tutulub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info