“Qəbul olunan tələbələrin rus dili səviyyəsi çox aşağıdır”
Tarix: 09.09.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik”

2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, artıq ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Abituriyentlərin ən çox seçim etdiyi ali təhsil ocaqlarından biri Azərbaycan Turizm İnstitutudur.

Doktorantura üzrə plan AMEA-ya
təqdim edilib


Azərbaycan Turizm İnstitutuna 2013/2014-cü tədris ilində ali təhsilin bakalavr pilləsi üzrə qəbul dolub. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, bu il təmsil etdiyi ali təhsil ocağına 11 ixtisas üzrə 375 tələbə qəbul olunub. Qeydiyyatdan 369 nəfərin keçdiyini deyən prorektor bildirdi ki, 6 nəfər tələbə adını qazanmış şəxs çox güman ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil almağı gedib: «Bəzən təhsil haqqını ödəyə bilməyən tələbələr də olur. Onlar bu səbəbdən qeydiyyatdan keçə bilmirlər. Magistraturaya da plan yerimiz dolub. Amma burada da qeydiyyatdan keçməyənlər var. Doktorantura üzrə isə 29 qəbul planı AMEA-ya təqdim edilib, qəbul planının təsdiq edilməsi və cari ilin sonunda qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur”. Eldar Aslanov bildirdi ki, bakalavr pilləsi üzrə qeydiyyatdan keçən 369 tələbədən 218-i dövlət sifarişi əsasında, 151-i isə ödənişli əsaslarla təhsil alacaq: «Tələbələrdən 26 nəfəri məcburi köçkündür. Azərbaycan sektoruna 300, rus sektoruna 49 tələbə qəbul olub. Bu ildən biz ingilis dilində turizm və hotelçilik ixtisasını açmışıq. Bu ixtisas üzrə də 20 tələbə qəbul olub. Qəbul olanların 46 %-nın balı 400-dən yuxarıdır. Dörd tələbə 600-dən çox bal toplayıb, balı 250-dən az olan tələbələrin sayı isə cəmi 5 nəfərdir».

Azərbaycan bölməsi üzrə orta keçid
balı yüksəlib


Prorektor ixtisaslar üzrə keçid balları barədə də danışaraq qeyd etdi ki, ümumi keçid balının TQDK tərəfindən aşağı salınmasına baxmayaraq, ATİ-də də keçid balları keçən illə müqayisədə 11 ixtisasdan 4-də - menecment, marketinq, regionşünaslıq və beynəlxalq münasibətlər cüzi miqdarda aşağı düşüb: «Sevindirici haldır ki, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında keçid balı keçən il 396-dan 401-ə, bu il isə 401-dən 473-ə yüksəlib. Azərbaycan bölməsi üzrə orta keçid balı 333-dən 337-yə, rus sektorunda isə təəssüflər olsun ki, 351-dən 280 enib. Ölkədə rus sektorunda orta təhsilin ümumi səviyyəsinin aşağı düşməsi burada da özünü göstərir. Qəbul olunanların xarici dil bilmə səviyyəsi dil kafedraları tərəfindən yoxlanılıb və rus və ingilis dilləri üzrə səviyyə qrupları yaradılıb. Yenə də təəssüf hissi ilə qeyd etməliyəm ki, qəbul olunan tələbələrin rus dili səviyyəsi çox aşağıdır”.
ATİ-dəki tədris qaydalarından danışan E.Aslanovun sözlərinə görə, Turizm İnstitutu Azərbaycanda dövlət ali təhsil müəssisələri arasında çox az sayda ali məktəblərdən biridir ki, burada 2-ci, 3-cü və 4-cü kurslarda bütün fənlər tələbələrin seçimi əsasında aparılır. Fənni tədris edəcək tələbələr müəllimi özləri seçirlər. Bir fənn üzrə onlara ən azı üç müəllim təklif edilir. Tələbələr həmin müəllimlərin tərcümeyi-halı, ötən illərdəki pedaqoji təcrübəsi ilə yaxından tanış olurlar.

4 ilə məzun ola bilməyən
tələbələrə yenidən şans verilir


Prorektor təhsil haqlarının ödənilməsindən də danışdı. Onun dediyinə görə, üç il əvvəl ali təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı dövlət başçısının imzaladığı fərmanla ali təhsil müəssisələrində vauçer sistemi tətbiq olunur: «Dövlət, məsələn, turizm və hotelçilik üzrə nə qədər sifariş verəcəyini müəyyənləşdirir və bu say da Təhsil Nazirliyi və müvafiq sahə nazirliyi ilə razılaşdırılır. Tutaq ki, 50 yer müəyyənləşdirilir. Bu 50 yerin təhsil haqqını ali məktəbə dövlət verir. Qalan yerləri isə ali məktəb özü bazarın tələblərinə uyğun müəyyənləşdirir. Dövlət tələbənin təhsi haqqını 8 semestr, yəni 4 il üçün ödəyir. Əgər tələbə ali məktəbi bu müddət ərzində bitirə bilmirsə, 5, 6, yaxud daha çox müddət oxuyursa, qalan illərin təhsil haqqını özü ödəyir. Ödənişli təhsildə də qaydalar təxminən buna uyğundur. Kəsir yarandıqda bunu vermək üçün əlavə pul ödənməlidir. Bir müəllimə bir auditoriyanın dərsi verilirsə, ona 60 saatın pulu ödənir. Tələbə bu müddətdə qiymət ala bilmirsə, bu artıq onun öz günahıdır. Tələbə axşam və ya yay məktəbi formasında 60 saatlıq dərsə yenidən girirsə, onun pulunu da təkrar ödəməlidir. Tələbələr başa düşməlidirlər ki, bu gün təhsil yetərincə bahalı bir xərcdir. Bu artıq sosial haqq deyil, hüquqdur. Onlar təhsil haqqı ödənilən 60 saatın ərzində müəllimdən nə mümkünsə çox öyrənməyə çalışmalıdırlar. Əgər tələbə müəllimin tədrisindən narazıdırsa, onda onu dəyişdirmək hüququ da var. Belə hallar bizdə olub. Demək istədiyim odur ki, tələbələrin yaxşı təhsil alması üçün ATİ rəhbərliyi nə lazımdırsa, onu edir».
ATİ-də də 4 ilə məzun ola bilməyən tələbələrə yenidən şans verilir. Eldar Aslanov deyir ki, Boloniya prosesinin qaydalarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi «Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında» əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: «Bu qanun ATİ üçün də mövcuddur. Bu il bizim institutda həm Krems qrupunda, həm də milli proqramda kəsilən tələbələr oldu. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana oktyabr ayından başlayaraq, növbəti beş il ərzində nə vaxt istəsələr daxil ola bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik».
ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinə sənəd qəbuluna gəldikdə isə prorektor bildirdi ki, hazırda Bakı Turizm Peşə Məktəbində təqdim edilmiş plana əsasən 12 ixtisas üzrə 560 plan yeri üzrə şagirdlərin sənəd qəbulu davam edir və senyabrın 9-na olan məlumata görə sənəd verənlərin sayı 420-ni keçib.
ATİ məzunlarının peşəkarlıq səviyyəsinə gəldikdə isə E.Aslanov bildirdi ki, ATİ Məzunlar Cəmiyyəti onlarla birbaşa işləyir və məzunlardan əsasən müsbət xəbərlər alırlar: “ Artıq ATI-nin məzunlarının sayı 725 nəfərdir. Məzunlar oxuduqları dövrdə də təcrubə toplayırdılar. Bu həm yay tanışlıq təcrübəsi, həm də istehsalat təcrübəsi yolu ilə həyata keçirilir. Amma artıq işləməyə başladıqca bu təcrübə daha da artır. ATI-nin öz hazırladığı kadrları tərifləməsi hardasa doğru səslənməyə bilər. Məncə ən gözəl qiyməti peşəkar sənaye nümayəndələri, hansılar ki, ATİ məzunları ilə işləyirlər, onlar verə bilərlər. Amma onu deyə bilərəm ki, ATİ öz məzunlarının peşəkar olmasına çalışır. Çalışır ki, məzunlarımız sənayenin tələblərinə uyğun olsun”. Gələcəkdə ATİ-də tələbə qəbulunun sayının artırılmasına gəldikdə isə prorektor bildirdi ki, bu sayın artırılmasını arzu edirlər: “ Əlbəttə, qəbul sayının artmasını istərdik. Bu gün yeganə maneə ATİ-nin mövcud tədris bazasının imkanlarıdır. Ümid edirik ki, bu sahədə də irəliləyişə nail ola biləcəyik. Çunki əmək bazarında bizim hazirladığımızdan daha çox kadra ehtiyac var”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info