‘‘İmam bayıldı’’ yemәyi necә hazırlanır?
Tarix: 15.11.2019 | Saat: 03:22:00 | E-mail | Çapa göndər



‘‘Türkiyә mәtbәxi’’nin mövbəti yeməyi ilə qarşınızdayıq.


Türk mәtbәxindә әn çox istifadә edilәn tәrәvәzlәrdәn biri şübhәsiz ki badımcandır.
Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Badımcanın təbii rəngi bənövşəyidir. Türkiyә mәtbәxindә bu tәrәvәzdәn çox istifadә olunur.
Bu proqramda badımcandan hazırlanan vә Türkiyә mәtbәxinin ‘‘şah’’ yemәyi hesab olunan ‘‘İmam bayıldı’’ reseptini verәcәyik. Bu yemәyin adı ilә bağlı müxtәlif rәvayәtlәr dә var. Rәvayәtә görә, bu yemәyi yeyәn imam yemәyi çox bәyәnir vә bәyәndiyi üçün dә bayılır.


‘‘İmam bayıldı’’ yemәyinin resepti belәdir:


4 әdәd badımcan

2 su stәkanı zeytun yağı

2 әdәd soğan

12 diş sarımsaq

3 әdәd bibәr

3 әdәd pomidor

1 çay qaşığı duz

1 çay qaşığı istiot

1 çay qaşığı tomat pastası

Yarım dәst cәfәri

1 xörәk qaşığı zeytun yağı



Hazırlanma qaydası:

Badımcanların qabıqlarını rəngarəng soyun, yarım saat duzlu suda gözlədin. Daha sonra yuyub, qurulayın. Bir tavaya zeytun yağını qoyun və badımcanların hər birini yumşalıb rəngi dönənə qədər qızardın. Qızarmış badımcanları salfet üzərinə qoyaraq çox yağını alın.
Yarım halqa şәklindә doğradığınız soğanları vә sarımsaqları 1 xörәk qaşığı zeytun yağında yumuşalanadәk qovurun. Daha sonra doğradığınız pomidoru əlavə edin və bir neçə dəqiqə pomidor suyunu çəkənə qədər bişirin. Әn son duz və istiot vә cәfәrini әlavә edib qarışdırın.
İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları bir qazana qoyun. Üzәrinә zeytun yağı gәzdirin. Әvvәlcәdәn hazırladığınız tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qazana tökün vә 20-25-dәqiqә dә bişirin. Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Sarayın ləzzətləri: heyva dolması
03.07.2020
Asan plov -VİDEO
30.06.2020
Çaxoxbili -VİDEO
27.06.2020
Ev şəraitində Xan kababı-VIDEO
22.06.2020
Fərqli badımcan çığırtması-VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info